“Mütaliəni uzun ömürlü edək” adlı layihə uğurla davam etdirilir
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Mütaliəni uzun ömürlü edək” adlı layihə əsasında kitabxananın əhatə etdiyi ərazidəki bütün yaşayış məntəqələrində uşaqlara və yeniyetmələrə müxtəlif şair və yazıçıların kitablarını, uşaq nağıllarını təqdim edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şöbənin əməkdaşı A.Cəfərova kitabları təqdim etməklə bərabər, onların kim tərəfindən hansı mövzuda yazıldığını izah edib.
Layihənin əsas məqsədi uşaqlarımızın gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, eləcə də dünyagörüşünü artırmaq, həmçinin hər cürə yeniliklərə qarşı onların daha savadlı və daha zəkalı böyüməsinə təkan verməkdir.


Xəbərin mətnində orfoqrafik səhv var