Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mütəxəssis: Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur

Mütəxəssis: Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur

Bakı, 31 mart, AZƏRTAC

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova autizm xəstəliyi, ilkin simptomları və müalicəsi ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Aydan xanım, autizm xəstəliyi nədir və yaranma səbəbləri hansılardır?

- Autizm spektr pozuntusu (ASP) sosial qarşılıqlı münasibətlər və sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntular inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır, lakin sosial tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər simptomlar tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial, təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yarada biləcək qədər ciddidir və adətən insanın fəaliyyətinin bütün şəraitlərdə müşahidə olunan geniş yayılmış xüsusiyyətidir. Baxmayaraq ki, o insanlar sosial, təhsil və ya digər amillərdən asılı olaraq dəyişə bilərlər. Belə şəxslər bütün spektr boyunca tam intellektual və dil bacarıqları nümayiş etdirirlər.

ASP-nin yaranma səbəbləri özündə müxtəlif amilləri cəmləşdirir. Burada həm irsi meyillilik, həm də xarici təsirlər mühüm rol oynayır. İrsiyyət dedikdə genetik mutasiyalar, X xromosom zəifliyi, nəsildə autizm və ya digər psixi pozuntuların olması nəzərdə tutulur. Valideynlərin yaşının 35-dən yuxarı olması, ananın hamiləlik zamanı infeksion xəstəliklər keçirməsi, hormonal disbalansının olması faktlarını nəzərə almaq vacibdir.

Eyni zamanda, ananın müxtəlif toksik maddələrin təsirinə məruz qalması (məsələn, pestisidlər), ekoloji vəziyyətin qənaətbəxş olmadığı ərazidə yaşayış da autizm risk amilləri siyahısına daxildir.

Bundan əlavə, uşaq serebral iflici autizmlə müşayiət olunan xəstəlikdir və autizmin yaranma səbəbi olaraq dəyərləndirilə bilər.

- Autizmin ilkin simptomlarına nələr daxildir?

- Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu, uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əsas əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. Ümumiyyətlə, bir çox psixi pozuntular kimi autizm spektr pozuntusu da fərdi xarakter daşıyır. Yəni, eyni diaqnoz təyin edilmiş iki pasiyentdə əlamətlər bir-birindən kəskin fərqlənə bilər. Bu isə adıçəkilən diaqnozun təyini və müalicəsinin yüksək peşəkarlıq tələb etdiyinin göstəricisidir.

Autizm spektr pozuntularının sosial qarşılıqlı əlaqələrin qurulması və dəstəklənməsi qabiliyyətinin zəif olması, maraqların məhdudlaşması, tez-tez təkrarlanan davranışlar olmaqla 3 əsas əlaməti var. Bu növ pozuntudan əziyyət çəkən şəxslər sosial əlaqə və qarşılıqlı münasibət qura bilmirlər. Belə ki, onlar qarşı tərəfin emosiyalarını, jestlərini, səs tonunu qavramaqda və ayırd etməkdə çətinlik çəkirlər və ya bacarmırlar. Eyni zamanda, belə şəxslər göz təması qurmurlar. Onlar eyni səs tonu ilə, “robot” kimi danışırlar. Mövzunu dəyişə, söhbəti dəstəkləyə bilmirlər. Bəzi hallarda ünsiyyət zamanı diqqətin cəmlənməsi vərdişi formalaşmamış olur. Bu zaman onlar öz məşğuliyyətlərindən ayrılıb əsas məsələyə reaksiya verməyi bacarmırlar.

Belə şəxslərin istər uşaq yaşlarında, istərsə də yetkinlik vaxtı taktilə qarşı qıcıq qapısı enmiş olur və hər hansı təmasdan yayınırlar, aqressiv reaksiya verirlər. Onların səs və qoxuya qarşı hissiyyatı da güclü olur. Gördükləri mənzərəyə ətrafındakılardan daha intensiv reaksiya verə bilərlər.

Bir çox hallarda ASP ilk olaraq uşağın təkrarlanan hərəkətləri ilə özünü büruzə verir. Məsələn, uşaq monoton təkrarlanan fəaliyyətə (paltaryuyan maşının işləməsi, saatın səsi) saatlarla baxa bilər. Bu davranış gündəlik vərdiş şəklində təzahür edir və onlar özləri də eyni hərəkəti təkrarlayırlar. Məsələn, bütün bədən və ya yalnız əl, ayaq, yaxud başını fasiləsiz şəkildə hərəkət etdirirlər. Onlara müraciət etdikdə və ya özləri ünsiyyət qurmağa cəhd etdikdə eyni sözləri fasiləsiz təkrarlayırlar. Belə təkrarlanmalar təkcə bədən və ya nitqdə deyil, gündəlik rejimdə də özünü göstərir. Onlar rejimlərini dəyişməkdə də çətinlik çəkirlər və ya bacarmırlar. Bir çox hallarda təhlükəli və ya faydasız davranışları ayırd edə bilməyib vərdiş etdikləri şəkildə davam etməyə cəhd edirlər.

Autizmdən əziyyət çəkən şəxslərin maraq dairəsi məhdud olur. Onlar fəaliyyət müxtəlifliyini tətbiq edə bilmirlər. Lakin nəzərə almaq lazımdır ki, bir çox hallarda onlar diqqətini çəkən sahəyə qarşı intensiv maraq nümayiş etdirirlər. Bu da bir çox hallarda həmin sahədə onların xüsusi nailiyyətlər qazanmasına şərait yaradır.

Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, autizmdən əziyyət çəkən şəxslərin sensor orqanlarının fəaliyyəti ya həddən artıq güclü, ya da çox zəifləmiş reaksiyalar şəklində təzahür edir.

- Uşaq və yeniyetmələrdə autizmin hansı fərqli tərəfləri var?

- Uşaq və yeniyetmələrdə autizmin əlamətləri müəyyən fərqlərə malikdir. Bu fərqlər daha çox inkişaf dövrünün xüsusiyyətlərilə əlaqədar olaraq müşahidə olunur. Yenidoğulmuş uşaqlar göz təması qura bilmir, valideynlərinin səslərinə, gülüşünə reaksiya verə bilmir. 2-3 yaşlı uşaqlar adətən təkrarlanan – stereotip hərəkətlər olduğuna görə autizm şübhəsi yaradır. Stereotip hərəkətlər adətən emosional hallarda daha çox özünü göstərir.

Nisbətən böyük yaşlı uşaqlarda məşğuliyyətlərinin məhdud olması, qidalara qarşı seçicilik və eyni məhsulla qidalanma kimi əlamətlər təzahür edir. Belə uşaqlar onları məşğuliyyətindən ayıranda affektiv reaksiyalar verə bilərlər (məsələn, əşyaları ətrafa atmaq, qışqırmaq, özünü və ya ətrafdakıları dişləmək).

Yeniyetmələrdə isə hormonal dəyişikliklərin də təsiri ilə sadalanan əlamətlər daha kəskin şəkildə müşahidə olunur. Yeniyetmələr adətən dostlarının olmaması ilə seçilirlər. Onlar söz və fikirləri birbaşa mənada başa düşür, söhbət mövzuları məhdud olur və mövzunu dəyişmirlər.

Həmçinin yeniyetmələri fərqləndirən əlamətlərdən biri də onların infantilliyidir. Bu da onların sosiallaşması problemini daha da dərinləşdirir.

- Autizm spektr pozuntuların müalicəsində əsas hansı üsullardan istifadə edilir?

- Autizm spektr pozuntuların müalicəsi zamanı kompleks üsullardan istifadə edilir.

• ABA terapiya (Applied Behavior Analysis, Tətbiqi Davranış Analizi) – adətən autizm diaqnozu təyin edilmiş uşaqlara tətbiq edilən müalicə üsuludur. Bu zaman davranışa nəzarət, etik normalara riayət edilməsi kimi məsələlər üzərində işlənilir. ABA terapiyanın özünün də bir neçə növü var: analitik, davranış, tətbiqi ABA. Pasiyentin vəziyyətindən asılı olaraq bu növlərdən biri seçilir.

• Dərman müalicəsi hər zaman müraciət olunan, lakin mütləq tətbiqi tələb olunmayan üsuldur. Belə ki, pasiyent simptomatik müalicə olunur. Məsələn, aqressiya hallarında, pasiyentin sakitləşdirilməsi mümkün olmadıqda dərman təyin edilir.

• Psixoterapiya - əsasən koqnitiv davranış terapiyası tətbiq edilir. Pasiyentin konkret situasiyalardakı davranış və reaksiyaları təhlil edilir və onun üçün daha zərərsiz və adaptasiyasına müsbət təkan verən modellər hazırlanır.

Həmçinin autizm spektrli pozuntuların müalicəsində əmək terapiyası, loqoped-defektoloqla seanslar, pəhriz də mühüm yer tutan üsullardandır.

- Övladında autizm əlamətlərini müşahidə edən valideyn nəyə diqqət etməlidir?

- Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında maarifli olmalıdır. Belə halda onlar müşahidə etdikləri fərqləri mütəxəssislə müzakirə edib vaxtında problemi aşkar edə bilərlər. Uşağın daha qabarıq təzahür edən əlamətlərinə əsasən ailə üzvləri və yaxınları davranış və yanaşma tərzlərində spesifikliyə önəm verməlidir. Bundan əlavə, belə uşaqların intellektinin inkişaf səviyyəsindən asılı olaraq təhsil üsulu seçilməlidir. Bəzi hallarda intellektin inkişaf pozuntusu da yanaşı olaraq qeydə alınır və dərəcəsinə uyğun olaraq təhsil imkanları dəyərləndirilir. Diqqət edilməlidir ki, bəzi hallarda bu uşaqların konkret fəaliyyətlərdə istedadları olur və onun inkişaf etdirilməsi nəzərəçarpan irəliləyişlə nəticələnir.

Valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır. Bu səbəbdən də bəzən xəstəlik mühitin təsiri, təsir isə xəstəlik kimi qiymətləndirilir. Bu hallarda ən doğru addım mütəxəssislə konsultasiyadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir