Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mütəxəssis: Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir

Mütəxəssis: Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir

Bakı, 30 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə uşaqlarda boy artımına təsir edən amillər, düzgün qidalanma və idmanın bu prosesə təsiri ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Azad müəllim, uşaqlarda boy artımı necə baş verir və bu prosesə nələr təsir göstərir?

- Boyun uzanması uşaq və yeniyetməlik dövrünün problemidir. Sümüklərimizdə yerləşən və “böyümə zonaları” adını verdiyimiz qığırdaq toxumasındakı hüceyrələrin müxtəlif amillərin təsiri ilə (xüsusilə boy hormonu, qalxanvari vəzi hormonları və cinsiyyət hormonlarının) bölünüb çoxalması nəticəsində uzununa böyümə baş verir. Təbii ki, genetik xüsusiyyətlər, qidalanma, sosial-ekonomik status, ətraf mühit və digər amillər də boyun uzanmasına təsir göstərir. Yaş ötdükcə böyümə zonaları tədricən sümükləşir və cinsi inkişaf dövrünün sonunda tamamilə bağlanır.

- Uşaqların yaşına görə boy və çəkiləri necə olmalıdır?

- Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır. Bu nisbəti müəyyən etmək üçün qəbul olunmuş normativ cədvəllər mövcuddur. Pediatr müayinəsində bu cədvələ əsasən inkişaf xətti izlənir. Belə cədvəllər aşkar patologiyaları müəyyən etməyə imkan verir, daha dəqiq təhlil üçün həkim xüsusi düsturlardan istifadə edərək əlavə göstəriciləri hesablayır.

- Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir?

- Uşaq orqanizmi fizioloji xüsusiyyət etibarı ilə böyüməyə proqramlaşıb. Buna görə də deyə bilərik ki, boyun uzanmasına müsbət təsir edən amillərin çatışmazlığı elə özü əsas mənfi təsirdir. Hormonal, qastroenteroloji, revmatizmal, infeksion və digər xroniki xəstəliklər, həmçinin zəngin qidaların kifayət qədər qəbul edilməməsi uşağın boyunun uzanmasına mənfi təsir göstərir.

- Qidalanma və idmanın boy uzanmasına təsiri nədir?

- Şübhəsiz, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir. Bir tərəfdən həddindən artıq şirniyyat yemək qida rasionunda digər zəruri qidaların yerini tutduğu üçün inkişafda problem yarada bilər. Digər tərəfdən, tərkibində qeyri-sağlam doymuş yağlar olan qidalar (məsələn, "fastfud") uşaqlarda piylənmə kimi xəstəliklərin yaranmasına səbəb olur.

Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir.

Bəzi fiziki fəaliyyət növləri uşağın boyuna müsbət təsir edir. Basketbol, voleybol, tennis, badminton kimi idman növləri ilə məşğul olan uşaqların boyu yaşıdlarına görə bir neçə santimetr artıq olur. Amma bu idmanlardan boyuzatma baxımından fantastik nəticə gözləmək düzgün deyil.

Əgər uşağın boyu həmyaşıdlarından geri qalırsa, o zaman pediatr və uşaq endokrinoloqu ilə əlaqə saxlamaq lazımdır. Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilər.

Eyni zamanda, professional idmanla məşğul olan uşağın düzgün diyetoloq konsultasiyası alması məsləhətdir. Əks təqdirdə bu şəkildə kontrolsuz professional idman boya mənfi təsir göstərə bilər.

- Bəs düzgün yuxu rejiminin boya təsiri varmı?

- Qeyd edim ki, böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu əsasən gecə saat 22:00-02:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalır. Xüsusilə, mobil telefon, planşet, televizor ilə çox vaxt keçirənlər daha çox oyaq qalmalı olurlar, bu da onların sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər. Bu o demək deyil ki, hər vaxtında yatan uşaq uzun boylu olacaq. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər.

- Boy artımı neçə yaşa qədər davam edir?

- Qızlarda boy artımı əsasən 16 yaş, oğlanlarda isə 18 yaşa qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edə bilər. Amma bu zaman da patoloji səbəb araşdırılmalıdır.

Hər yaş dövründə uşaqların böyümə sürəti müxtəlif olur. Uşaqlar həyatın ilk ilində orta hesabla 25 santimetr, ikinci ilində 10-12 santimetr, 2-5 yaş arasında 7 santimetr, 5 yaşdan cinsi inkişaf dövrünə qədər 5-6 santimetr, cinsi inkişaf dövründəki boy sıçraması isə ildə 8-10 santimetr olur. Məhz bu son boy sıçramasını etdikdən sonra sümüklərimizdə yerləşən böyümə zonaları öz sümükləşməsinin 98-99 faizini təşkil edir.

- Bəzi uşaqların boyu sonradan uzanır...

- Bəli, uzun müddət yaşıdlarından geri qalan uşaqlar qrupu var. Amma məktəbin son siniflərində boyları sürətlə uzanır və gəlib yaşıdlarına çatırlar, hətta onları keçirlər. Elə buna görə də, valideynlər bəzən qısaboylu uşaqlarını bu ümidlə həkimə gətirməməkdə səhlənkarlıq edirlər. Artıq böyümə zonaları tamamilə bağlandıqda, boyun heç uzanmadığını hiss etdikləri zaman həkimə müraciət edirlər ki, o zaman da bir şey etmək mümkün olmur.

Qeyd edim ki, boyları sonradan uzanan uşaqlar həkim tərəfindən müəyyən edilməlidir. Əgər uşaqlarda boy qısalığı varsa, yaşıdlarından geri qaldığı hiss olunursa, bu təqdirdə həkim müayinəsində olmalı və vaxtında müdaxilə edilməlidir.

- Boy qısalığı baxımından daha hansı məqamlara diqqət edilməlidir?

- Bəzi xüsusi hallar da var ki, valideynlər diqqətli olsalar yaxşı olar. Məsələn, doğum həftəsinə görə az çəki ilə doğulmuş körpələrin inkişafı mütləq pediatr tərəfindən diqqətlə izlənilməlidir. Belə ki, bu uşaqların bütün hormonları normal olmasına baxmayaraq, boyları yaşıdlarından geri qala bilir. Az çəki ilə doğulan uşaqlar 2 yaşa qədər yaşıdlarına çata bilməlidirlər. Əgər boyları hələ də normativ cədvəlin minimum həddinə çatmırsa, o zaman uşaq endokrinoloq tərəfindən müayinə olunmalıdılar.

Bundan başqa, vaxtından erkən cinsi inkişafın başlaması da boy üçün riskli vəziyyətdir. Bu zaman cinsiyyət hormonlarının vaxtından erkən artması səbəbi ilə böyümə zonalarında sümükləşmə sürətlənir. Boy uzanması prosesin əvvəlində sürətləndiyi halda qığırdaqların erkən bağlanması nəticəsində yaşıdlarından əvvəl dayanır. Yəni, 10-11 yaşa qədər çox sürətlə uzanan və yaşıdları arasında ən uzun olan uşağın boyu anidən dayanır. Nəticədə uşağın boyu qısa olur.

Yuxarıda sadaladığımız hallardan başqa piylənmə, sümük problemləri, nevroloji inkişaf geriliyi, əqli inkişaf geriliyi, kobud və incə səs, həzm problemləri boyun qısa olmasına səbəb ola bilər. Belə vəziyyətlərdə çox ciddi bir sistemik xəstəliyi nəzərdən qaçırmamaq üçün mütləq uşaq endokrinoloqu tərəfindən hərtərəfli müayinə aparılmalıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm VİDEO

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub