CƏMİYYƏT


Mütəxəssis: Revmatizmdən əziyyət çəkənlərə soyuq havalarda ev şəraitində qalmağı tövsiyə edirik

Mütəxəssis: Revmatizmdən əziyyət çəkənlərə soyuq havalarda ev şəraitində qalmağı tövsiyə edirik

Bakı, 8 fevral, AZƏRTAC

Revmatizm birləşdirici toxumaların iltihabı xəstəliyidir. Bu problem daha çox immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları təqdirdə inkişaf edir. Müalicə kifayət qədər güclü olmayanda, xəstəlik xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək ağırlaşmalar yaradır.

Bunu AZƏRTAC-ın suallarını cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, uşaqlar ilk öncə oynaqlardakı ağrılardan şikayətlənirlər, “Halsızlıq, taqətsizlik kimi simptomlar valideynləri narahat edirsə, həkimə müraciət etsinlər. Revmatizmin erkən əlamətləri oynaqlarda əzələ ağrılarının olmasıdır. Bu əlamətlər bütün xəstələrdə özünü büruzə verir və revmatik artrit adlanır. Revmatik artritin ilkin inkişaf mərhələsində ağrılar yalnız iri oynaqlarda qeydə alınır. Əsasən diz və dirsək nahiyələrində daha çox müşahidə edilir. Tədqiqatlara görə revmatizm problemi əksər hallarda qadınlarda müşahidə edilir”.

Soyuq havanın orqanizmdə revmatizm problemi yaratdığı anlayışının doğru olmadığını qeyd edən terapevt deyib: “Soyuq hava hər hansı bir revmatoloji xəstəlik yaratmır, lakin revmatik ağrıları şiddətləndirə bilər. Bunun səbəbi revmatizm xəstəliyi olan şəxslərdə soyuq və rütubətli havalarda oynaq daxilindəki maye axıcılığının dəyişməsidir. Havadakı rütubətin miqdarı da bu kimi xəstələrə mənfi təsir edir. Revmatizmdən əziyyət çəkən şəxslərə soyuq havalarda ev şəraitində qalmağı və isti geyimlərə üstünlük verilməsini tövsiyə edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.