CƏMİYYƏT
Mütəxəssis stresdən çıxmağın yollarını müəyyənləşdiriblər
Bakı, 13 may, AZƏRTAC
Son zamanlar stres problemi və onunla mübarizə yolları bütün yaş qrupları arasında aktualdır. Buna görə də insanlar tez-tez stresin sağlamlığa mümkün mənfi təsirindən, psixosomatik pozğunluqlardan narahat olur və fəal şəkildə psixoloji yardım axtarırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə rusiyalı psixiatr Yelena Kuznetsova bildirib. O əlavə edib ki, ilk növbədə, fizioloji stresi ayırd etmək lazımdır.
Mütəxəssis vurğulayır ki, patoloji stres zərərli, üstəlik, patologiyanın inkişafına səbəb olur, müxtəlif asılılıqların və depressiyaların artmasına gətirib çıxarır. Onun fikrincə, bundan yayınmaq üçün stresin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənmək lazımdır.
Psixiatr deyir ki, stresli vəziyyətlərdə insan bir neçə yolla reaksiya verə bilər və özünə kömək üsulları fərqli olar. Mütəxəssis hesab edir ki, ən səmərəli yol fəal idmandır və o, fizioloji stresin öhdəsindən gəlməyə kömək edir.
Rusiyalı tədqiqatçı istənilən halda psixoloqların yardımından bəhrələnməyi tövsiyə edir.