DÜNYA


Mütəxəssislər Almaniyaya qaz istehlakını 30 faiz azaltmağı tövsiyə edir

Mütəxəssislər Almaniyaya qaz istehlakını 30 faiz azaltmağı tövsiyə edir

Bakı, 20 oktyabr, AZƏRTAC

Almaniya tədarükdə fasilələr və çatışmazlıqların olmaması üçün qaz istehlakını enerji böhranından əvvəlki dövrə nisbətən 30 faiz azaltmalıdır.

AZƏRTAC xəbər verir ki, “Die Welt” qəzeti bu barədə dövlət tərəfindən maliyyələşən və 30 alimin iştirak etdiyi “Ariadna” tədqiqatına istinadla məlumat yayıb.

“Böhrandan əvvəlki dövrlərlə müqayisədə qaz istehlakını 30 faiz azaltmaq lazımdır. Bu yolla qazın qiymətindəki artımı nəzarət altına ala və idxaldan davamlı asılılığı məhdudlaşdıra bilərik”, - deyə Potsdam İqlim Dəyişikliklərinin Tədqiqi İnstitutunun mütəxəssisləri bildirib. Onların sözlərinə görə, mavi yanacaqdan istifadənin azaldılması Almaniyanın enerji suverenliyini gücləndirə və onun “geosiyasi dayanıqlığını” artıra bilər.

Ekspertlər, həmçinin vəziyyətin müxtəlif inkişaf ssenarilərini hesablayıb və ölkənin qaz böhranından çıxış modellərini hazırlayıb. Araşdırmaya görə, almaniyalı istehlakçılar indiyə qədər qazdan istifadəni azaltmayıblar.

Bu arada Almaniya kansleri Olaf Şolts bəyan edib ki, AFR Rusiya qazının tədarükündən asılılığı artıq aradan qaldırıb və qaz istehlakını 20 faiz azaltmağa çalışır.

Avropa İttifaqında enerji böhranı Rusiya qazının nəqlində ilk fasilələrin yarandığı iyul ayının əvvəlindən bu yana daha da ağırlaşıb. Avropa Komissiyası ittifaq ölkələrini 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istehlakını könüllü olaraq 15 faiz azaltmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.