ELM VƏ TƏHSİL


Mütəxəssislər sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar

Bakı, 2 mart, AZƏRTAC 

Kompüter təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşmış “DarkMatter” beynəlxalq təşkilatının mütəxəssisləri öz sahibini izlənilməkdən mühafizə edən smartfon hazırlayıblar. Bunun üçün hər hansı bir şəxslə məxfi söhbət zamanı qadcetin mikrofon və kamerasını söndürmək lazımdır.

AZƏRTAC dni24.com saytına istinadla xəbər verir ki, “Android” əməliyyat sistemi ilə işləyən “Katim” smartfonu zənglərin, internet vasitəsilə göndərilən və qəbul edilən ismarıcların şifrələnməsini təmin edə bilir. Qadcet mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress”də nümayiş etdirilib.

Böyük şirkət və ya təşkilatlarda əhəmiyyətli danışıqlar aparılan zaman məlumat sızmasının qarşısının alınması üçün iştirakçılardan öz smartfonlarını başqa yerdə qoymaq tələb edilir. Yeni smartfon bu kimi vəziyyətlərdə mühafizəni təmin edə bilər. Bunun üçün smartfonun yan panelində yerləşən düyməni basmaq lazımdır ki, onun mikrofon və kamerası avtomatik olaraq sönsün.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.