DÜNYA


Müttəfiqlərin qırıcı təyyarələri Estoniyanın hava məkanında təlim uçuşları keçirəcəklər

Tallinn, 6 noyabr, AZƏRTAC

Baltik dənizində NATO-nun hava polisi missiyası çərçivəsində Estoniyanın şimal-qərbindəki “Amari” aviabazasında dislokasiya edilmiş Almaniya qırıcı təyyarələri bir həftə ərzində Estoniyanın hava məkanında təlim uçuşları keçirəcəklər.

AZƏRTAC Estoniya müdafiə qüvvələrinin nümayəndələrinə istinadla xəbər verir ki, Almaniya təyyarələri əsasən yaşayış məntəqələrindən uzaq yerlərdə və azı 152 metr yüksəklikdə uçacaqlar.

NATO-nun hava polisi missiyasının ikinci aviadəstəsi Litvadakı Şyaulyay aviabazasında yerləşir. Burada Belçika hərbi hava qüvvələri F-16 qırıcılarından istifadə etməklə öz xidməti vəzifələrini yerinə yetirirlər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.