CƏMİYYƏT


Müvafiq dövlət orqanlarının rəhbərləri “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində olublar

Bakı, 25 iyul, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçmə prosedurlarının sadələşdirilməsi, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin səmərəliliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimum azaldılması məsələləri nəzərdən keçirilib. Həmçinin buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Dövlət orqanlarının rəhbərləri dövlət sərhədindən buraxılış məntəqəsində olan vətəndaşlarla görüş keçirib, onların müraciət və təkliflərini dinləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.