SİYASƏT


Müvəqqəti işlər vəkili: Azərbaycan regionda İraqın ən yaxın tərəfdaşıdır

Bakı, 6 noyabr, AZƏRTAC

İraq ilə Azərbaycan arasında çox dərin əlaqələr mövcuddur. Azərbaycan regionda İraqın ən yaxın tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şuveyli noyabrın 6-da keçirdiyi mətbuat konfransında söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat deyib ki, ölkəsi problemin sülh yolu ilə həllinin tərəfdarıdır. “İraq münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır”, - deyə o əlavə edib.

Müvəqqəti işlər vəkili, həmçinin İraqdan Azərbaycana gələn Qahdan Adnan adlı jurnalistin mənfi xarakterli yazılarına da toxunub. O deyib ki, iki ölkə haqqında yazılar yazan jurnalist kimlərsə tərəfindən himayə olunur. Həmin şəxsin məqsədi İraq-Azərbaycan əlaqələrinə xələl gətirməkdir. Lakin İraq-Azərbaycan əlaqələri tarixi xarakter daşıyır və kimlərsə bu cür əməlləri ilə iki ölkə arasında münasibətlərə xələl gətirə bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.