REGİONLAR


Muxtar respublikada 2 milyard 773 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunub

Naxçıvan, 22 yanvar, AZƏRTAC

2018-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan çox olub ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 27,4 faizlə sənaye istehsalı tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.

2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ildəki göstəricini 1,3 faiz üstələyib.

Keçən il bir il öncəyə nisbətən 4,4 faiz çox, yəni 480 milyon 21 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2018-ci ildə muxtar respublikadan 101 milyon 781 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.

2018-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 483 milyon 431 min 600 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 424 milyon 266 min 600 ABŞ dollarını ixrac, 59 milyon 165 min ABŞ dollarını idxal təşkil edib və 365 milyon 101 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.