REGİONLAR
Muxtar respublikada 9 ayda 219 müxtəlif təyinatlı obyekt tikilib
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2021-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 806 milyon 538 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vəsait qoyuluşlarının 773 milyon 293 min 600 manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Bu, bir il öncəki göstəricidən 1,2 faiz çoxdur.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 219 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 184 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.