REGİONLAR


Muxtar respublikada Məktəblilərarası fənn müsabiqələrinin birinci mərhələsi başa çatıb

Naxçıvan, 28 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq VI və VII sinif şagirdləri arasında 2020-2021-ci tədris ili üzrə Məktəblilərarası fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Müsabiqədə muxtar respublikadan VI siniflər üzrə 204 şagird, VII siniflər üzrə isə 266 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib.

Müsabiqədə şagirdlərə biliklərinin, analiz qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin inkişaf səviyyələrinin qiymətləndirilməsi üzrə 50 sual təqdim olunub, şagirdlərə test tapşırıqlarının cavablandırılması üçün 3 saat vaxt verilib. Nəticələrin növbəti həftə ərzində elan olunması gözlənilir.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.