REGİONLAR


Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi davam etdirilir

Naxçıvan, 1 sentyabr, AZƏRTAC

Bu ilin birinci yarısında muxtar respublikada 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikada da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün mühüm addımlar atılır, dövlət tərəfindən təsərrüfatçılara hərtərəfli dəstək verilir. Bundan əlavə, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan şəhərində taraların satışı mağazası istifadəyə verilib ki, bu da yerli istehsalçıların öz məhsullarını bazara təqdim etməsində əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Xüsusilə ucqar yaşayış məskənlərində daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir.

Son illərdə bu sahədə atılan əhəmiyyətli addımlardan biri də dünya təcrübəsində mühüm məşğulluq modeli kimi özünü təsdiq etmiş ailə təsərrüfatlarının yaradılmasıdır. Muxtar respublikada da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla bu sahənin inkişaf etdirilməsinə daha çox önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.