REGİONLAR


Muxtar respublikada aztəminatlı ailələrə fərdi təsərrüfat yaratmaq üçün yardım göstərilib

Naxçıvan, 19 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailənin hər birinə fərdi təsərrüfat qurmaq üçün bir inək və buzov verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Muxtar Respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncamla təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələrin həyata keçirildiyini bildirib.

Nazir həmin ailələrin dövlətin göstərdiyi dəstəkdən səmərəli yararlanacaqlarına və təsərrüfatlarını genişləndirəcəklərinə əmin olduğunu söyləyib.

Culfa rayon Bənəniyar kənd sakini Vüsal Hacıyev göstərilən qayğıya görə minnətdarlığını bildirib və ailə təsərrüfatının inkişafı üçün səmərəli fəaliyyət göstərəcəklərinə söz verib.

Qeyd edək ki, bu il iyunun 14-də başqa bir belə tədbir keçirilib- Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan 15 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün “Simmental” cins inəklər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.