REGİONLAR


Muxtar respublikada bank sektoru uğurlu nəticələr əldə edir

Naxçıvan, 22 iyun, AZƏRTAC

Muxtar respublikada cari ilin yanvar-may aylarının nəticələri bank sektoru üçün də uğurlu olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iyunun 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 81 min 450-yə çatıb. Bunun da 72 min 107-si və ya 88,5 faizi aktiv hesablardır. Beş ayda açılmış 10 min 969 bank hesabının 10 min 929-u aktiv hesablar olub.

İyunun 1-nə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 1276-ya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.