REGİONLAR


Muxtar respublikada dezinfeksiya işləri davam etdirilir

Naxçıvan, 21 may, AZƏRTAC

Virus infeksiyalarına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğularla təchiz edilmiş yanğınsöndürmə avtomobilləri vasitəsilə Naxçıvan şəhərində avtomobil yolu və səkilər daxil olmaqla, 310 min kvadratmetr sahə dezinfeksiya edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təyin olunmuş dezinfeksiya qrupları tərəfindən Heydər Əliyev Muzeyinin və Naxçıvan Dövlət Musiqili Dram Teatrının ətrafı, Saat qülləsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi şəhərciyi və 52-ci məhəllədə yerləşən parklar da dezinfeksiya olunub.

Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı avtomobillər və dezinfeksiya qrupları cəlb olunmaqla Atabəylər məhəlləsi, Heydər Əliyev prospekti, “İstiqlal” və Sabir küçələrində, ümumilikdə, 55 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi dezinfeksiya edilib.

Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər rayon və şəhərlərində də dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.