REGİONLAR
Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirilir
Naxçıvan, 16 iyun, AZƏRTAC
Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yaşayış binaları, prospektlər, avtomobil yolları və insanların sıx toplaşdığı yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, qabaqlayıcı genişmiqyaslı profilaktik tədbirlər görülür. Növbəti belə tədbir Naxçıvan şəhərində icra olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılan genişmiqyaslı dezinfeksiya işləri Naxçıvan şəhərinin Çənlibel, Qoçüstü, Atabəylər, Əlincə və Babək məhəllələrini, o cümlədən ticarət obyektlərini, “Saat Meydanı” turistik istirahət mərkəzini, Sahil Parkını, Əyləncə Adasının, Möminə Xatın türbəsinin və Xan Sarayının ətrafını, Açıq Səma Altındakı Muzeyi əhatə edib.