REGİONLAR


Muxtar respublikada dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı artıb

Naxçıvan, 8 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması diqqətdə saxlanılır.

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, torpaqların elektron kadastr uçotunun aparılması məqsədi ilə Şahbuz rayonunda və Sədərək rayonunun Qaraağac kəndində planaalma işləri başa çatdırılıb, rüb ərzində 3 min 903 daşınmaz əmlak obyekti plana alınıb. Şahbuz rayonunun 13 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb.

47 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Kəngərli rayonunun iki bələdiyyəsinin və dövlət ehtiyat fondunda əkinəyararlı torpaq sahələrinin qida maddələri ilə təmin olunma kartoqramları yenilənib. Rüb ərzində 11 sifarişçi təşkilatın müraciəti əsasında 80-ə yaxın müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Babək rayonunun 8 yaşayış məntəqəsində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Muxtar respublika üzrə 1474 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 1174 texniki sənəd hazırlanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət qeydiyyatına alınan əmlakların sayı 7 faiz, hazırlanan texniki sənədlərin sayı 11,5 faiz artıb. Yeni yaranmış 53 daşınmaz əmlak obyektinə ünvan verilib, 262 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.