REGİONLAR


Muxtar respublikada əhalinin sosial müdafiəsi diqqət mərkəzində saxlanılır

Naxçıvan, 20 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsini vaxtında başa çatdırıb. Tələb olunan 15 milyon 159 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənib. Əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hesabat ayında müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 10 milyon 137 min 700 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 24,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 66,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb.

Qanunvericiliyə uyğun olaraq pensiya hüququ yaranmış 41 vətəndaşa əmək pensiyası təyin olunub. Bunlardan 25-i yaşa, 3-ü sağlamlıq imkanları məhdudluğa, 13-ü isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Əmək fəaliyyətinə ilk dəfə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması işi də diqqətdə saxlanıb. Belə ki, sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 19 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.