REGİONLAR


Muxtar respublikada əhaliyə müasir telekommunikasiya xidmətləri göstərilir

Naxçıvan, 28 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında sakinlərin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır.

Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda Naxçıvan şəhərinin Mirzə Ələkbər Sabir, Firdovsi və Yunis Cabbarov küçələrində aparılan quruculuq işləri çərçivəsində sakinlərin ən müasir rabitə, internet və kommunikasiya xidmətlərindən yararlanması məqsədilə yenilənmə işləri görülür. Yeraltı rabitə xətləri çəkilir, xətt təsərrüfatında istismara yararsız rabitə xətləri yenisi ilə əvəz olunur və digər zəruri işlər həyata keçirilir.

Muxtar respublikanın bölgələrində də telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunur. Şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən Avtomat Telefon Stansiyalarına internet plataları əlavə edilib. Belə ki, Naxçıvan şəhərində 42, Şərur rayonunda 47, Babək rayonunda 29, Ordubad rayonunda 9, Culfa rayonunda 1, Şahbuz rayonunda 26, Kəngərli rayonunda 19, Sədərək rayonunda 9 olmaqla, ümumilikdə, 182 ədəd 32, 48 və 64 yerlik internet plataları avtomat telefon stansiyalarına əlavə olunub. Nəticədə muxtar respublika üzrə 6000-ə yaxın internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaranıb. Gündəlik daxil olan müraciətlərə əsasən abonentlər yüksəksürətli ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.