REGİONLAR


Muxtar respublikada əkin sahələri genişləndirilib

Naxçıvan, 29 oktyabr, AZƏRTAC 

Bu ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb ki, bu da ötən ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada taxılçılıq əsas istiqamət kimi diqqətdə saxlanılıb və 2020-ci ilin məhsulu üçün 36 min 879 hektar sahədə taxıl əkilib. Bunun da 36 min 99 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26 min 293 hektarında buğda, 10 min 586 hektarında isə arpa əkilib. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 3 min 571 hektar artıb. Cari ildə taxıl zəmilərindən 115 min 649 ton məhsul tədarük edilib ki, bu da bir il öncəki göstəricidən 12 min 665 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.