REGİONLAR


Muxtar respublikada ekoloji tədbirlər uğurla icra olunur

Naxçıvan, 10 aprel, AZƏRTAC

Muxtar respublikada ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin saxlanılması, insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün cari ilin birinci rübündə ekoloji tədbirlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fauna ehtiyatlarının qorunması, qanunsuz ov edilməsinin qarşısının alınması məqsədilə 29 reyd-yoxlama keçirilib, 45-dən çox yaşayış məntəqəsində, təbiət ərazilərində monitorinqlər aparılıb. Qış fəslində, xüsusilə qar örtüyünün çox olduğu yerlərdə, qoruq, milli park, yasaqlıqlarda və faunanın kompleks məskunlaşdığı digər ərazilərdə biotexniki tədbirlər həyata keçirilib, ərazilərə 2500 kiloqram daşduz, 1200 kiloqramdan çox buğda, arpa və meyvə-tərəvəz məhsullarının toxumları səpilib.

Hidrometeoroloji fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni su monitorinq laboratoriyasının tikintisi başa çatdırılıb və avadanlıqların quraşdırılması işi davam etdirilir.

Yaz əkini mövsümündə muxtar respublika ərazisində 350 hektardan çox sahədə əkin aparılması, 108 min müxtəlif meyvə və həmişəyaşıl ting, 710 kiloqram toxum əkilməsi nəzərdə tutulur. Bu məqsədlə əkin mövsümündə 50 hektar sahədə badam, ceviz, ərik, alma, tut, iydə tingləri, 30 hektardan çox ərazidə badamça, yemişan, həmərsin toxumları ilə əkin aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.