Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada əldə edilən nailiyyətlər ictimai-iqtisadi, sosial-mədəni həyatda yeni səhifə açıb

Naxçıvan, 10 mart, AZƏRTAC

Bu gün hərtərəfli və tarazlı inkişafın təmin olunması istiqamətində məqsədyönlü, konkret hədəfləri özündə birləşdirən Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində nəzərəçarpan müsbət dəyişikliklər, aparılan abadlıq-quruculuq işləri hər birimizdə fəxarət hissi yaradır. Bu mənada, əminliklə deyə bilərik ki, Naxçıvan hazırda inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır.

Muxtar respublikamızın əhalisi görülən işlərin bəhrəsini gündəlik həyatında hiss edir. Doğma Naxçıvanımızın bugünkü inkişafında pay sahibi olanlar, Vətənə ləyaqətlə xidmət edənlər də dövlətimizin diqqətindən kənarda qalmırlar. Bu il fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 92-ci ildönümündə muxtar respublika Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” və “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalların, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət mükafatlarına layiq görülmələri və Naxçıvan Muxtar Respublikasının 92-ci ildönümü münasibətilə təltif olunanları, onların timsalında muxtar respublika əhalisini, muxtar respublikanın inkişafında, sərhədlərinin və sabitliyin qorunmasında xidməti olanları təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa qovuşmuşdur. Ölkəmizin inkişafı sözdə və rəqəmlərdə deyil, həyata keçirilən tədbirlərdə, real işlərdədir. Bu işləri həyata keçirənlər isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Çalışdıqları sahələrdə öz fəaliyyətləri ilə fərqlənən, ölkəmizin inkişafına töhfə verən insanların əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu gün təltif olunanlar da müxtəlif sahələrdə öz əməkləri ilə fərqlənən, nümunə göstərən insanlardır”.

Ötən illər ərzində muxtar respublikada infrastruktur təminatı xeyli yaxşılaşıb, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənib, qədim diyarımızın investisiya cəlbediciliyi artıb. Sahibkarlığın inkişafı, əslində, kompleks islahatların aparıldığının göstəricisidir.

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkanlar yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, muxtar respublikamızın sosial-iqtisadi məsələlərinin həllində sahibkarlığın rolunun artmasına, ən əsası isə mövcud potensialın reallaşdırılmasına yönəlib. Bu da rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına imkan verib.

Fevralın 10-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü bu baxımdan böyük əhəmiyyət kəsb edir. Görüşdə də qeyd edildiyi kimi, təkcə 2015-ci il ərzində muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına 38 milyon manatdan çox vəsait yönəldilib. Bunun 11 milyon 289 min manatı Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi kimi verilən kreditlərdir. Bütün bunlar sahibkarlığın inkişafına öz təsirini göstərib, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olub. Qəbul olunmuş Dövlət proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhfəsini verib. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub.

Sahibkarlarla görüşdə Ali Məclisin Sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib, keyfiyyətli və ixrac potensiallı məhsullar istehsal edən sahibkarlara təşəkkür edib.

Qonşu dövlətlərlə münasibətlərin inkişafı hər bir ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə, ümumi inkişafına müsbət təsir göstərir. Bu gün Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq genişlənir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi İran İslam Respublikasına səfərləri Azərbaycanla İran arasındakı münasibətlərin əsasını qoyub. İran ilə Azərbaycanın əlaqələrinin inkişafına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin dərinləşməsi də öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasına səfərləri, qonşu ölkənin yüksək vəzifəli dövlət rəsmilərinin Naxçıvana səfərləri dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirən amillərdir. Hər iki ölkə üçün əlamətdar günlərin paytaxtlarda qeyd olunması da əlaqələrin inkişaf səviyyəsindən xəbər verir.

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasının yaranmasının 37-ci ildönümü münasibətilə dost və qardaş İran xalqını təbrik edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-İran əlaqələri bu gün dostluq, mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində davam və inkişaf etdirilir. Dövlətlərarası münasibətlər hər iki ölkə prezidentlərinin səyləri ilə daha da möhkəmləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir”.

Bu gün Naxçıvan şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Son illər şəhərdaxili yollar yenidən qurulub, avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Fevralın 12-də Naxçıvan şəhərinin “Atabəylər” məhəlləsində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin və yeraltı qarajın istifadəyə verilməsi nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yeni xidmət sahələrinin yaradılmasında görülən işlərin davamıdır. Həmin obyektlərin istifadəyə verilməsi Naxçıvan şəhərində bu işlərin pərakəndə formada deyil, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə şərait yaradır. Ehtiyat hissələrinin keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, avtomobillərin alğı-satqısı zamanı dövlət qeydiyyatının vaxtında aparılması və onların istismara yararlılığının müəyyən olunması məsələləri də burada diqqət mərkəzində saxlanılır.

Mərkəzdə 200-dən artıq yeni iş yeri açılıb. Bu isə 200 ailənin sosial rifah halının daha da yaxşılaşması deməkdir.

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonu ildən-ilə həcmi artan tikinti-quruculuq tədbirləri hesabına daha da inkişaf edir. Rayon mərkəzi, ən ucqar dağ və sərhəd kəndləri neçə illərdir inkişafın yeni mərhələsini yaşayır. Həyatın bütün sahələrini əhatə edən yeniləşmə prosesi Şəruru gözəlliklər məskəninə, füsunkar bir yurd yerinə çevirib. Təkcə ötən il ərzində Şərur şəhərində Aviakassa binası, Cəlilkənd, Püsyan, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində yeni sosial obyektlər, Yengicə kəndində sosial qayğıya ehtiyacı olan sakin üçün fərdi ev tikilərək istifadəyə verilib, 21,2 kilometr kənd yollarına asfalt örtük salınaraq yenidən qurulub. Bu dövrdə rayon ərazisində 5 yeni artezian quyusu qazılıb, 7 artezian quyusu isə bərpa edilib.

Hər gün bir yeniliyin şahidi olan rayon sakinləri görülən işləri onlara göstərilən hərtərəfli qayğı kimi dəyərləndirir, bu qayğıya əməli işləri ilə cavab verməyə səy göstərirlər. Çünki quruculuq tədbirləri artdıqca insanlar bir vaxtlar xəyallarına belə gətirmədikləri gözəllikləri görür və anlayırlar ki, bütün bu fədakar işlər onların həyat şəraitinin daha da yaxşılaşdırılması üçündür.

Əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Şərur rayonunun Oğlanqala kəndi də bu gün müasir görkəmi ilə diqqəti cəlb edir. Burada aparılan geniş quruculuq işləri və tikilən müasir sosial obyektlər kəndin minillik tarixində yeni inkişaf dövrünün əsasını qoyub, Oğlanqala muxtar respublikanın şəhərləşən kəndlərinin sırasına daxil olub. Fevralın 15-də Oğlanqala kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğının nümunəsidir.

Sevindirici haldır ki, dövlətimiz muxtar respublikamızın ən ucqar kəndlərində də təhsilin inkişafına diqqət yetirir, müasir məktəb binaları şagird və müəllimlərin istifadəsinə verilir. Həqiqətən də təhsil elə bir sahədir ki, onunla bağlı qayğılar hər birimizi ömür boyu müşayiət edir. Belə ki, doğma məktəblə hələ uşaqlıq illərindən başlanan “ünsiyyət” sonrakı dönəmlərdə artıq valideyn və baba-nənə statusunda davam edir. Təhsil bizim cəmiyyətdə layiq olduğumuz yerə, məqama çatmağımıza şərait yaradır. Vaxtı fövtə verib zəif biliklər əldə etdikləri üçün özlərini qınayanlar da az deyil, bəzən şəraitsizliyi əsas gətirənlər də. Muxtar respublikamızda isə şagirdlərin mükəmməl təhsil alması üçün hər cür şərait yaradılıb. Fevralın 15-də Oğlanqala kəndi də müasir məktəb binasına malik olan kəndlərimiz sırasına qoşuldu. Qalır yaxşı təhsil almaq, hər hansı peşəyə yiyələnmək və harada yaşamasından, işləməsindən asılı olmayaraq, vətənə layiqli övlad olmaq.

Muxtar respublikada milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-tarixi abidələrimiz bərpa olunur. Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə”nin bərpası da bu sahədə görülən işlərin davamıdır. XVI əsrdə İmam ailələrinə aid qəbirlər üzərində tikilmiş türbələrdən biri də “Parçı İmamzadəsi” deyilən “İmamzadə”dir. “İmamzadə” yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üstündə tikilib, uzun illər ziyarətgah və inanc yeri olub.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Xanlıqlar kəndinə gəlib, “İmamzadə”də aparılan bərpa işləri ilə tanış olub.

Muxtar respublikada insan amili daim diqqət mərkəzindədir. Diyarımızda məhkumların da hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan məhkumların islah olunmasında əməyin böyük rolu vardır. Çünki peşə vərdişinə yiyələnmə məhkumun gələcəkdə cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır.

Bu sahədə görülən işlərin davamı olaraq fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilib. Burada məhkumlara 10 ixtisas üzrə peşələr öyrədiləcək və onlar cəmiyyətə sənəti, peşəsi olan vətəndaş kimi qayıdacaqlar. Açılan ixtisaslar muxtar respublika üçün tələbat olan sahələrdir.

Hər il olduğu kimi, bu il də muxtar respublikamızda Xocalı faciəsinin qurbanları ehtiramla yad edilib. Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrində insanların rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Mövcud inkişaf və sabitlik kəndlərdə məskunlaşmanı artırır, insanların rifahı yüksəlir. Bu tədbirlər Şahbuz rayonunda da uğurla həyata keçirilir. Şahbuzun bugünkü görkəmini görəndə istər-istəməz rayonun keçmişini xatırlayırıq. Vaxtilə Şahbuz, sözün həqiqi mənasında, gözdənuzaq, könüldəniraq düşmüş bir yaşayış məntəqəsini xatırladırdı. Son illərdə şahbuzlular da gördülər və inandılar ki, təşəbbüskarlıq, əzmkarlıq, insana qayğı olan yerdə hər şeyə nail olmaq mümkündür. Şahbuz rayonunda son illər həyata keçirilən məqsədyönlü tədbirlər belə deməyə əsas verir ki, bu dağlıq zonada sosial rifahın, yaxşı gün-güzəranın təmin olunmasında dövlət qayğısı başlıca amilə çevrilib. Davamlı xarakter alan, hər addımda müşahidə edilən və bəhrələri görünən belə qayğı isə bölgə sakinlərinin ən qiymətli sərvət olan torpağa bağlılıqlarını daha da gücləndirib. Torpaq isə ona baş əyənə, qədrini bilənə, onu qoruyana heç vaxt borclu qalmır.

Bu gün Şahbuz müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Görülən quruculuq işlərindən sonra rayonun daha bir yaşayış məntəqəsi – Daylaqlı kəndi muxtar respublikanın müasirləşən kəndlərinin sırasına daxil olub. Kənddə məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, geniş abadlıq işləri görülüb. Aparılan quruculuq işləri Daylaqlı kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu gün əhalinin içməli və suvarma suyuna olan tələbatı tam ödənilir, onlar fasiləsiz elektrik enerjisindən, təbii qazdan və rabitə əlaqəsindən istifadə edirlər. Bütün bunlar sakinlərin rahatlığına hesablanmış tədbirlərdir. Rahat şərait isə yaxşı əhval-ruhiyyə və məskunlaşmanın artması deməkdir.

Novruz bayramı ərəfəsində daylaqlılara ən dəyərli hədiyyələrdən biri də məktəb binasıdır. Belə ki, Daylaqlı məktəbində bu günədək belə müasir tədris şəraiti olmayıb. İstifadəyə verilən yeni məktəb binası müəllim, şagird və valideynlərin arzularını reallığa çevirib. Müasir tədris şəraitinin yaradılması gələcəyimizə hesablanmış tədbir olmaqla yanaşı, həm də müəllim əməyinə verilən yüksək qiymətdir.

Tarixən Quzeydən Güneyə, Qərbdən Şərqə qapı olan Naxçıvan əsrlərlə Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi kimi mövcud olub. Ulu ruhların hifzedici bir zireh kimi qoruduğu bu diyar bu gün uğurla inkişaf edir, yüksəlir. Muxtar respublikamız blokada vəziyyətində yaşamasına baxmayaraq, özünəməxsus hərtərəfli və dinamik inkişafının davamlılığına nail olub. Bu inkişafın aparıcı amili isə yurda, vətənə, torpağa, xalqa, dövlətə, dövlətçiliyə sıx bağlılıq, yəni vətənpərvərlikdir. Bütün bunlar həm də seçilmiş yolun doğruluğunun, qayda-qanunun aliliyinin nəticəsidir. Yəni vətənpərvərlik konkret əməli işə söykənəndə, fədakar addımlarla müşayiət olunanda daha möhtəşəm təsir bağışlayır. Bu gün Naxçıvan bu baxımdan da nümunə təşkil edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb