REGİONLAR


Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsi yekunlaşıb

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayında pensiyaçılara bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Fonddan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilir.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin isə vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.