REGİONLAR


Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində görülən işlər müzakirə olunub

Naxçıvan, 29 iyul, AZƏRTAC

Bu ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarında 15 təlim və məşğələ, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 2 şöbəsində və Mülki Müdafiə Alayında kompleks yoxlama keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyində 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında ətraflı danışılıb.

İclasda çıxış edən nazir, general-leytenant Şamı Abdullayev bildirib ki, muxtar respublikada koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərə nazirliyin şəxsi heyəti cəlb edilərək, ümumilikdə, 8 milyon 445 min kvadratmetr sahədə yollar və səkilər, 254 ictimai yaşayış binasının zirzəmisi, 438 çoxmərtəbəli və 91 ikimərtəbəli ictimai yaşayış binasının girişləri və ətrafı, Naxçıvan Hərbi Qarnizonunun hərbi hissələri və hərbi şəhərcikləri, şəhər və rayonlarda ticarət, ictimai iaşə obyektləri, əhalinin sıx cəmləşdiyi yerlər və həyat təminatlı obyektlər dezinfeksiya olunub.

Mülki müdafiə işinin təşkili ilə bağlı Culfa yanğın qatarı ilə əməli məşğələ, “Modul” Еlеktrik Stаnsiyаsında, “Naxçıvan Sement Zavodu” və “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli cəmiyyətlərində mülki müdafiə dəstələri ilə taktiki xüsusi məşğələlər keçirilib.

“179 obyektdə və 145 ümumtəhsil məktəbində mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılıb, 122 obyektdə mülki müdafiə sənədlərinin hazırlanmasına metodik köməklik göstərilib, 436 nəfər rəhbər heyətin fövqəladə hallara hazırlanması təmin edilib, 37 obyektdə 1213 nəfərin iştirakı ilə mааrifləndirici tədbir, 65 obyektdə mülki müdafiə qüvvələrinin 1616 nəfər şəxsi heyəti və Daxili İşlər Nazirliyinin 808 nəfər polis əməkdaşı ilə qrup məşğələləri keçirilib, 2 metodiki vəsait işlənib hazırlanıb”, – deyən nazir vurğulayıb ki, hesabat dövründə dövlət reyestrində qеydiyyatdan kеçmiş 58 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yoxlanılıb, Duzdağda yeni açılacaq şaxtada 417 metr uzunluğunda tunelin tikintisi zamanı texniki təhlükəsizlik tələblərinin həyata keçirilməsinə nəzarət edilib. Həmçinin 6 müəssisə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilib, 25 müəssisədə 128 qurğu yoxlanılaraq texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib.

Qeyd olunub ki, muxtar respublika ərazisində yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 2020-ci ilin birinci yarısında 1104 obyektdə əsaslı, 1172 obyektdə nəzəri, 117 obyektdə isə məqsədli yoxlamalar aparılıb. Hesabat dövründə 7 min 583 yaşayış evinə baxış keçirilib, yanğın cəhətdən təhlükəli оlan 258 ədəd elektrik xətti, 569 ədəd şlanqla çəkilmiş qaz xətti dəyişdirilib, 70 ədəd şofbentipli su qızdırıcısının və 782 ədəd tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Əhali arasında qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından istifadə qaydalarına riayət olunması ilə bağlı 49 min 556 nəfər yanğına qarşı təlimatlandırılıb.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.