REGİONLAR


Muxtar respublikada fövqəlаdə hаllаra hazırlıq tədbirləri diqqətdə saxlanılır

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələr sentyabr ayında da icrа edilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhəri, Şərur, Culfa, Ordubad, Kəngərli və Şahbuz rayonlarında müəssisə və təşkilatlara məxsus 598 qazanxanada texniki və yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb, ocaqçıların peşə ixtisası üzrə kurslara cəlb olunması üçün maarifləndirmə işi aparılıb. Aparılan tədbirlərin nəticəsində 119 nəfər qazanxana maşinisti kursuna cəlb olunub, onlardan 60-ı kursu bitirərək sertifikat alıb, 59-u isə ixtisas hazırlığını davam etdirir.

Sentyabr ayında Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən 62 ticarət obyektində nəzarət funksiyaları həyata keçirilib, standartların tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının təhlükəli olması barədə sahibkarlarla söhbətlər aparılıb. Dəm qazı ilə zəhərlənmələrin qarşısını almaq məqsədilə Naxçıvan şəhərində təmir olunan 2 yaşayış binasının 57 mənzilinə baxış keçirilib və 49 mənzilin tüstü bacası və havaçəkən kanalları təmizlənib.

Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 163 obyektdə diqqətli, 274 obyektdə nəzəri, 42 obyektdə məqsədli yoxlamalar aparılıb, qaz və elektrik cihazlarından istifadə ilə bağlı 1576 nəfər maarifləndirilib. Yaşayış evlərində təbii qazdan və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsinin qarşısını almaq məqsədilə 4 min 658 yaşayış evinə baxış keçirilib, yanğın cəhətdən təhlükəli оlan 34 elektrik xətti, 81 plastik boru ilə çəkilmiş qaz xətti dəyişdirilib, nasaz olan 12 qazla işləyən suqızdırıcının və 90 tezqatlanan tüstü borusunun istismarı dayandırılıb, 6 min 988 vətəndaş yanğına qarşı təlimatlandırılıb.

Hesabat ayında muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək rayon, şəhər və kəndlərdə, ümumilikdə, 6 milyon 549 min 620 kvadratmetr ərazi dezinfeksiya edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.