REGİONLAR


Muxtar respublikada gigiyena və epidemiologiya  tədbirlərinə diqqət artırılır

Şahbuz, 5 iyul, AZƏRTAC

Muxtar respublikanın Şahbuz rayonunda bu ilin 6 ayı ərzində 275 obyektdə 24 min 220 kvadratmetr sahədə, 53 obyektdə 9600 kvadratmetr sahədə dezinseksiya işləri görülüb.

AZƏRTAC xəbər verir ki, Şahbuz rayonunda 2017-ci ilin əvvəlindən etibarən hər ay üçün monitorinq keçiriləcək obyektlərin qrafiki hazırlanıb. Hər gün dövlət müəssisələrində və sahibkarlıq obyektlərində yoxlamalar aparılıb, lazımi obyektlərdə akt tərtib olunub.

İctimai iaşə müəssisələrində və ərzaq satışı mağazalarında sanitar pozuntuların aradan qaldırılması üçün şifahi tapşırıqlar verilib. Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları zoonoz infeksiyalarının yayılmaması üçün Şahbuz Rayon Baytarlıq İdarəsi ilə birlikdə əhali arasında bruselyoz, qarayara, quduzluq və digər zoonoz infeksiyalar haqqında geniş səhiyyə maarifi işləri aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.