Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar inkişafın davamlı xarakter almasını təmin edib

Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar inkişafın davamlı xarakter almasını təmin edib

Naxçıvan, 11 avqust, AZƏRTAC

Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi nəticəsində innovativ inkişaf davamlı xarakter alıb. Milli və bəşəri dəyərlərin vəhdətdə yaşadıldığı muxtar respublikada bu gün aparılan məqsədyönlü dövlət siyasəti sayəsində müasir sənaye kompleksləri yaradılıb, özəl sektorun fəaliyyəti genişləndirilib. Sevindirici haldır ki, bütün bölgələrin sosial-iqtisadi yüksəlişində, eyni zamanda, insanların məşğulluğunda müstəsna rol oynayan kənd təsərrüfatının inkişafı istiqamətində də muxtar respublikada kompleks tədbirlər həyata keçirilib.

Kənd təsərrüfatının rentabelli inkişafı həm də ərzaq təhlükəsizliyinin təmin olunması kimi mühüm bir məsələnin həllinə imkan verir. Bu gün həyata keçirilən aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsi Naxçıvanda taxıl əkini sahələrini xeyli genişləndirib. Onu da qeyd edək ki, bu ilin məhsulu üçün muxtar respublikada 22 min 268 hektar sahədə buğda, 9 min 364 hektar sahədə arpa əkilib.

Kəngərli rayonunun Böyükdüz kəndindəki 400 hektar ərazidə isə mütərəqqi əkin və suvarma metodlarından istifadə edilib. Belə ki, taxıl sahəsində şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Ərazidə qapalı suvarma şəbəkəsinin quraşdırılması, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi taxılın vegetasiya dövründə yaxşı inkişafına və bol məhsul istehsalına səbəb olub.

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.

Kənd təsərrüfatında özünəməxsus yer tutan heyvandarlığın inkişafı da muxtar respublikada diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvanda heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib, daxili bazarda heyvan mənşəli ərzaq məhsullarının istehsal həcmində artım əldə olunub.

Bunu faktlar da sübut edir. Belə ki, 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artıb. Hazırda muxtar respublikada 235 böyük heyvandarlıq, 65 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Dövlət qayğısının nəticəsidir ki, bu gün muxtar respublikada 3 ət, 12 süd, 1 gön-dəri emalı, 1 balıq konserv, 1 yem istehsalı müəssisəsi və 2 yem sexi fəaliyyət göstərir.

Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada mövcud olan 117 min başdan çox iribuynuzlu, 728 min başdan artıq xırdabuynuzlu heyvanların, 1 milyon başdan çox quşların, 70 min arı ailəsinin, o cümlədən vəhşi heyvanların yarada biləcəyi epizootoloji vəziyyəti nəzarətdə saxlayır. Göstərilən yüksək dövlət dəstəyi, təsdiq olunmuş tədbirlər planı, koordinasiyalı fəaliyyət, yaradılmış kadr potensialı, maddi-texniki cəhətdən təchiz olunmuş laboratoriyalar qarşıya qoyulan məqsədə nail olmağa imkan verir.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən səyyar müşavirədə bu məsələlər ətraflı müzakirə olunub.

Ali Məclisin Sədri dezinfeksiya işlərinin aparılması, epizootik vəziyyətin təhlilinə nəzarətin gücləndirilməsi, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlərin görülməsi, yerli arı genofondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, ali və orta ixtisas məktəblərində baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi biliklərinin daha da möhkəmləndirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən əməkdaşlarına hədiyyələr verib, texniklərə yeni alınan 3 ədəd süni mayalandırma avadanlığı təqdim olunub.

Geostrateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, qədim tarixi, mədəniyyəti, zəngin təbii sərvətləri, heyrətamiz təbiəti, havası, təmizliyi, insanların gülərüz və mehriban olması muxtar respublikaya səfər edən xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrinin də diqqətini cəlb edir, onlarda xoş təəssüratlar yaradır.

İyulun 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.

Dünyanın sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanın qədim tarixinin öyrənilməsi istiqamətində son illər mühüm işlər görülüb, muxtar respublikada mindən artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni irsimizi yaşadan əsərlər, xüsusilə “Naxçıvan abidələri ensiklopediyası” nəşr edilib. Türk-İslam mədəniyyəti əsrlərboyu böyük türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Müxtəlif iddiaların əksinə olaraq naxçıvanlılar 653-cü ildə ərəblərlə bağlanmış müqavilə nəticəsində İslam dinini könüllü qəbul ediblər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti cəlb edir. Dini etiqada görə, təktanrıçı olan naxçıvanlılar Nuh peyğəmbərin davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Naxçıvanın İslamı qəbul etmiş əhalisinin bu mədəniyyətin daşıyıcısı kimi çıxış etməsi regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, Türk-İslam mədəniyyəti dövrünün başlanmasına rəvac verib.

İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclasında səsləndirilən bu və digər faktlar elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın işə başlaması münasibətilə təşkilatçılara təşəkkür edib, qonaqları salamlayıb. Ali Məclisin Sədri deyib: “Azərbaycanın Naxçıvan diyarında Türk-İslam mədəniyyəti on ikinci əsrdə özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə, Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər muxtar respublikada qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrdən 70-ə yaxını bərpa olunub. Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə Türk-İslam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. Müasir şəhərsalma işlərində Türk-İslam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunur”.

Bu gün Naxçıvanın zəngin tarixi-mədəni irsi onun Türk-İslam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bu mənada, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi təsadüfi deyil. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı muxtar respublika ərazisindəki Türk-İslam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaq.

Qeyd edək ki, beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb, dünyanın bir sıra ölkələrində maraqla izlənilib. Həmin gün beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafında fərqlənənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Naxçıvan Muxtar Respublikasında bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların daha çox regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin təmin edilməsi həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ana xəttini təşkil edir. Muxtar respublikanın hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər isə öz nəticəsini verməkdədir. Belə ki, Naxçıvanda bir il öncəyə nisbətən sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artıb.

İyulun 25-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında bu barədə ətraflı məlumat verilib, bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib.

2017-ci ilin birinci yarısında muxtar respublikamızın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qarşıda duran vəzifələrlə bağlı əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib. Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin ilk yarısının nəticələri həyata keçirilən tədbirlərin düzgün olduğunu bir daha təsdiq edir. 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsində ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “2017-ci il iqtisadi inkişaf ili olmalıdır... Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də iqtisadi potensialımız daha da güclənəcəkdir”.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilib, “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.

İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.

Tamaşadan sonra Ali Məclisin Sədri səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb. Ali Məclisin Sədri rejissora və kollektivə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələr daim inkişaf edir. İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin strateji məqsədi sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın qurulmasıdır. Qürurla deyə bilərik ki, muxtar respublika bu sahədə tarix üçün olduqca qısa sayılan zaman kəsiyində qibtəediləcək nailiyyətlər qazanıb, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verib. Naxçıvanın blokada vəziyyətində özünəməxsus milli inkişaf modelini yaratması Azərbaycan dövlətinin ən böyük uğuru, görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir. Bu, çətin şəraitdə yüksəlişin əldə edilməsinin mümkünlüyünün konkret və əyani göstəricisidir. Naxçıvanda qazanılmış uğurlu nəticələr, inkişafın sabit və dayanıqlı səciyyə daşıması qabaqcıl idarəçilik metodlarının tətbiq edilməsi ilə birbaşa bağlıdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI