REGİONLAR
Muxtar respublikada hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi 36,4 faiz artıb
Naxçıvan, 23 iyun, AZƏRTAC
Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85 milyon 314 min 500 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 36,4 faiz çoxdur.
Verilmiş kreditlərin 12 milyon 284 min 300 manatı və yaxud 14,4 faizi qısamüddətli, 73 milyon 30 min 200 manatı və yaxud 85,6 faizi uzunmüddətli kreditlər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:53]
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
- 29.03.2024 [16:33]
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü
- 29.03.2024 [15:31]
Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək
- 29.03.2024 [14:54]
Salyan sakinindən külli miqdarda heroin götürülüb
- 29.03.2024 [13:39]