REGİONLAR


Muxtar respublikada istehlakçıların təbii qazla təchizatı diqqət mərkəzindədir

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti istehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyicilərin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlərə nəzarəti daha da artırıb.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ildə qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə nəzarət olunub, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülüb, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilib. Həmçinin təbii qaz istehlakçılarına əhali və qeyri-əhali qrupundan olan abonentlərə, müəssisə və təşkilatlara (özəl sektora) istehlak olunan təbii qazın dəyərinin ödənilməsi üzrə bildirişlərin, üzləşmə aktlarının və elektron vergi hesab-fakturalarının vaxtında verilməsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin Qaz İstismar Xidmətinə verdiyi tapşırıqlara dair görüləcək işlər tədbirlər planı üzrə ardıcıl həyata keçirilib. Xidmət 2019-cu ilin oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmaq istiqamətində mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görüb, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmaqla istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlayıb. Qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işləri davam etdirilib. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülür, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilir. Qış mövsümü ilə əlaqədar işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan Şəhər Qaz Paylayıcı Stansiyasında yeni Qaz Kompressor Stansiyasının qurulması üçün texniki-iqtisadi göstəricilərin hazırlanması istiqamətində işləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.