REGİONLAR


Muxtar respublikada operativ vergi nəzarəti aparılır

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar bu ilin ötən dövründə də davam etdirilib.

Muxtar respublikanın Vergilər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib. Keçirilən nəzarət tədbirləri zamanı 11 şəxsin vergi orqanlarında uçota durmadan öz şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti, 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan əyləncə tədbirlərində videoçəkilişin həyata keçirilməsi ilə məşğul olduğu aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Aparılan operativ vergi nəzarəti tədbirləri zamanı tətbiq edilmiş 1610 manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

2019-cu ilin müvafiq dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və bu zaman əvvəlki dövriyyələrlə müqayisədə 1424 manat dövriyyə artımına nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.