REGİONLAR


Muxtar respublikada ötən ay 111 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən ötən ilin dekabr ayı ərzində “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daxil olan müraciətlərə əsasən 111 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun da 98-i əhali, 13-ü qeyri-əhali abonentdir.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkart tipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib, 2021-ci il 1 yanvar tarixinə cəmi 2 min 482, o cümlədən ötən ilin dekabr ayında 28 qaz sayğacı quraşdırılıb. Bu işlər davam etdirilir.

Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1224 çağırış daxil olub. Ay ərzində qaz şəbəkəsində 575 qazsızması aşkarlanıb, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq şəkildə aradan qaldırılıb.

Hesabat ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir- tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi üçün müxtəlif diametrli borulardan istifadə olunub.

Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.