REGİONLAR


Muxtar respublikada ötən ay 707 abunəçi internetlə təmin edilib

Naxçıvan, 16 avqust, AZƏRTAC

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin iyul ayında da davam etdirilib. Genişzolaqlı ADSL texnologiyası vasitəsilə 707 yeni abunəçi internetlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad rayonu, Nüsnüs kənd Avtomat Telefon Stansiyasına 32 portluq Huawei MA5616 internet modulu əlavə edilib. Naxçıvan şəhəri mikrorayon ərazisində yerləşən Avtomat Telefon Stansiyasına 5 ədəd 48 portluq internet modulu əlavə olunub. Bundan əlavə, Kəngərli rayon Şahtaxtı Avtomat Telefon Stansiyasına konvertor qoyularaq şəbəkənin sürəti 100 MB/s-dən 1GB-ə çevrilib.

Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, Şərur rayon Aralıq, Dəmirçi və Düdəngə telefon stansiyalarının hər birinə portların artırılması üçün 48 portluq DSLAM avadanlığı quraşdırılaraq, asinxron rəqəmsal istifadəçi internet portlarının sayı artırılıb. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 184 yeni telefon nömrəsi istismara verilib.

İyul ayında muxtar respublika ərazisində, ümumilikdə, 8207 metr fiber-optik kabel xətti çəkilib. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri və real vaxt rejimində poçt məntəqələrində kommunal xərclərin yığılması da davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.