REGİONLAR


Muxtar respublikada qanunvericiliyin tələbini pozan üç əcnəbi aşkarlanıb

Naxçıvan, 11 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyun ayında muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbir görülüb.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə 80 müraciət daxil olub. Həmin müraciətlər əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.