REGİONLAR


Muxtar respublikada qida məhsulları beynəlxalq tələblərə uyğun yoxlanılır

Naxçıvan, 10 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası ən müasir avadanlıqlarla yüksəkkeyfiyyətli xidmət göstərir. Həmin laboratoriyada ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq müayinələri aparılır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə cari ilin 5 ayı ərzində mərkəzdə 63 mal çeşidini əhatə edən 238 səyyar və 832 halda mal nümunəsi laboratoriya analizindən keçib, aparılmış laboratoriya təhlilləri, əsasən, 624 yerli istehsal məhsullarını və 208 idxal məhsullarını əhatə edib. Həmçinin 379 halda hüquqi və 453 halda fiziki şəxslər tərəfindən daxil olmuş 832 halda mallardan nümunələr götürülərək kеyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə lаbоrаtоriyаda аnаliz оlunub. Nəticədə, 832 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi müəyyən edilib.

Muxtar respublika iqtisadiyyatına gündən-günə daha böyük töhfə verən ailə təsərrüfatlarının istehsal etdikləri ərzaq məhsullarından 2021-ci ilin ötən dövrü ərzində 161 halda orta nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laboratoriya təhlilləri aparılıb.

Yerli istehsal məhsullarından olan vafli məmulatları, mineral sular, daş məhsulları, plastik təmir məhsulları, mebel məhsulları, tütün məmulatları cari ilin ötən dövrü ərzində Gürcüstan, Türkiyə, Əfqanıstan, İran, BƏƏ, Yəmən, Rusiya, Ukrayna, Litva, Çin kimi ölkələrə ixrac olunub.

Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilmiş 49 hаldа mənşə sertifikatı muxtar respublikada istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırıb.

Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyasının Beynəlxalq Akkreditasiyadan keçirilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, beynəlxalq akkreditasiya qurumu tərəfindən cəmiyyətdə monitorinqlər aparılmaqla akkreditasiyanın müddəti 2023-cü ilədək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.