REGİONLAR


Muxtar respublikada rabitə xidmətlərinin əhatə dairəsi genişləndirilir

Naxçıvan, 14 avqust, AZƏRTAC

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi uğurla davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubad rayonunda Rabitə Evi və 11 min 300-dən çox nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyası istifadəyə verilib, “Huawei” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 15 yeni nəsil avtomat telefon stansiyası muxtar respublikaya gətirilərək quraşdırılmasına başlanıb. Şərur rayonunun Axamməd, Həmzəli, Kürçülü, Yuxarı Yaycı və Diyadin kəndlərində, Şahbuz rayonunun Şada kəndində kareltipli ATS-lər yeni nəsil NGN tipli avtomat telefon stansiyalar ilə əvəz olunub, Kəngərli rayonunun Qarabağlar kəndində əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq 448 nömrəlik yeni avtomat telefon stansiyası quraşdırılıb. Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində 188 yeni telefon nömrəsi istismara verilib, muxtar respublika ərazisində, ümumilikdə, 9770 metr fiberoptik kabel xətti çəkilib.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə 546 yeni abunəçi internetlə təmin olunub, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.