REGİONLAR


Muxtar respublikada sahibkarlara 9 ayda 20 milyon manatdan çox kredit verilib

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 20 milyon 386 min 400 manat kredit verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, verilən kreditin 8 milyon 339 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 12 milyon 46 min 900 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 29 hüquqi və 2881 fiziki şəxs qeydiyyata alınıb.

Cari ilin ötən dövründə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilib. Bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda, iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaradacaqdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

2019-cu ilin bəhs olunan dövründə orta aylıq əməkhaqqının məbləği 456,2 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 6,1 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.