REGİONLAR


Muxtar respublikada sosial müdafiə sistemində həyata keçirilən islahatlar uğurla tətbiq edilir

Naxçıvan, 16 may, AZƏRTAC

Ölkəmizdə sosial müdafiə sistemində həyata keçirilən islahatlar muxtar respublikada da uğurla tətbiq edilir. Yaradılmış şərait pensiya və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamların muxtar respublikada operativ qaydada yerinə yetirilməsi üçün geniş imkanlar açır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövlət başçısının 2019-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika üzrə 48 min 900 nəfərə yaxın pensiyaçının əmək pensiyasının sığorta hissəsi cari il yanvar ayının 1-dən etibarən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 3 faiz artırılmaqla ödənişi vaxtında başa çatdırılıb. Bundan başqa, əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədar muxtar respublikada, ümumilikdə, 11 min 330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçının pensiyalarının məbləği 160 manata çatdırılıb.

Muxtar respublikada pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Kənd yerlərində yaşayan pensiyaçıların rayon mərkəzinə getmədən pensiyalarını ala bilməsi üçün də müvafiq tədbirlər görülüb, onların istəkləri nəzərə alınmaqla yerlərdə pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunub.

Fond hər ay olduğu kimi, may ayında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.