REGİONLAR


Muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb

Naxçıvan, 30 iyul, AZƏRTAC

Bu ilin ötən dövründə 7157 daşınmaz əmlak obyekti plana alınıb və bununla da, muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasında deyilib.

İclasda xidmətin rəisi Müslüm Cabbarzadə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısında yerinə yetirilən işlərə dair məruzə ilə çıxış edib.

Bildirilib ki, bəhs olunan dövrdə muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə Duzdağ ərazisi xəritələşdirilib, muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri nəşr olunub, aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilib. Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə nəzəri və praktik məşğələlər keçirilib, iki tələbə ödənişli işlərə cəlb olunub.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində muxtar respublika üzrə 2787 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 2315 texniki sənəd hazırlanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 8 faiz artıb. Yeni yaranmış 117 daşınmaz əmlak obyektinə ünvan verilib, 444 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 38 yaşayış məntəqəsində 230 vətəndaşın müraciətinə baxılıb, 182 vətəndaşa elektron xidmətlər göstərilib.

Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.