Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyası reallaşdırılır

Naxçıvan, 7 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının yüksəlişini özündə təcəssüm etdirən sosial-iqtisadi modelin əsas istiqaməti iqtisadiyyatın dinamik inkişafına və sakinlərin rifahının yaxşılaşmasına yönəlib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində muxtar respublikanın genişmiqyaslı uğurları ardıcıl xarakter alıb, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. 30 ilə yaxındır, davam edən blokada şəraitinin yaratdığı çətinliklərə, iqtisadi resurslara çıxış imkanlarının məhdudluğuna baxmayaraq, Naxçıvanda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı layihələr, quruculuq işləri bütün sahələrdə səmərəli nəticələr göstərməkdədir.

Muxtar respublikada aparılan quruculuq işlərində müasir üsul və metodlardan məharətlə istifadə olunur, yeni məktəblər, uşaq bağçaları, müasir kənd mərkəzləri tikilir, yollar abadlaşdırılır, parklar və xiyabanlar salınır, müasir tələblərə uyğun memarlıq nümunələri yaradılır. Bunun nəticəsidir ki, qədim diyarımızın şəhər, qəsəbə və kənd yaşayış məntəqələri yeni görkəm alır, ildən-ilə gözəlləşir. Bu gün muxtar respublikanın bütün resursları səfərbər edilməklə əhalinin rahat yaşayışı, sosial məsələlərin uğurlu həlli, intellektual potensialın artması, infrastrukturun güclənməsi təmin olunur. Yəni, tarixi yüzilliklərlə ölçülən, Azərbaycan dövlətçilik ənənələrinin qorunduğu qədim diyarımızda insan amili həmişə ön planda tutulur. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edir. Bu istiqamətdə görülən işlər nəticəsində muxtar respublikanın ən böyük bölgələrindən olan Şərur rayonunun Ərəbyengicə kəndi də müasir Azərbaycan kəndlərinin sırasına qoşuldu. Fevralın 1-də kənddə tam orta məktəbin yeni binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirlərində iştirak edib.

Müasir dünyada öz gələcəyini düşünən bütün xalqlar elmə, təhsilə böyük önəm verirlər. Gələcəyimizi etibarlı və inamlı görmək istəyinin nəticəsidir ki, muxtar respublikamızda təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi bu gün prioritet istiqamətlərdən biridir. Naxçıvan blokadada olsa da, qısa müddətdə onlarla məktəb binası tikilib, yaxud tam təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Məqsəd gənc nəslin daha mükəmməl təhsil alması, şagird və tələbələrin hərtərəfli biliklərə yiyələnmələri üçün hər cür şəraitin yaradılmasıdır. Çünki qlobal bilik, intellekt yarışından, yəni “biliklərin sürət qatarı”ndan geridə qalmaq inkişafdan geri qalmaq deməkdir. Ərəbyengicə kəndində yeni məktəb binasının istifadəyə verilməsində də məqsəd burada müasir təhsil infrastrukturunun yaradılması, şagirdlərin müasir dünya standartları səviyyəsində təhsil almalarının təmin edilməsidir.

Fevralın 1-də Ərəbyengicə kəndində yeni məktəb binasının açılış tədbirindəki çıxışında Ali Məclisin Sədri deyib: “Bu gün ölkəmizin dəyərli, təhsilli, tərbiyəli və vətənpərvər gənclərə ehtiyacı vardır. Çünki Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Vətəndaş da o zaman qiymətli hesab olunur ki, o, təhsilli, tərbiyəli və vətənpərvərdir. Bütün bunlar isə məktəbdə hazırlanır. Ona görə də kollektiv üzərinə düşən vəzifələri uğurla yerinə yetirməli, ölkəmiz üçün dəyərli vətəndaşlar hazırlamalıdır”.

Ərəbyengicə kəndində aparılan kompleks quruculuq işlərindən sonra bu yaşayış məntəqəsi qəsəbə görkəmi alıb. Yollar abadlaşıb, asfalt örtük salınıb, fasiləsiz elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları bu kəndin sakinlərini qayğılardan azad edib. Burada yaradılan müasir səhiyyə infrastrukturu insan amilinə verilən dəyərin ifadəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün yaşayış məntəqəsində sakinlərə hərtərəfli tibbi xidmət göstərilir.

Muxtar respublikada inkişaf strategiyasının uğurla davam etdirilməsi iqtisadi potensialın daha da yüksəlməsinə şərait yaradıb, Naxçıvanda dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Doğma diyarımızda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, şəhərlərlə yanaşı, bölgələrdə də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bütün bunların nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, onların fəaliyyəti üçün hərtərəfli şərait, əlverişli biznes və investisiya mühiti formalaşıb. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun hamısı, sənaye məhsulunun 95, tikintidə görülmüş işlərin 79, nəqliyyat xidmətlərinin 78 faizi, rabitə xidmətlərinin 83 faizə yaxını, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl sektorun payına düşür. Yaradılan şəraitin nəticəsidir ki, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxtilə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün isə 372 növ məhsul istehsal edilir, 344 növ məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir. Məşğul əhalinin 83 faizi özəl sektorda çalışır.

Bu faktlar fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Ali Məclis Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşündə qeyd olunub.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının yaranmasının 94-cü ildönümünün tamam olduğunu diqqətə çatdırıb, bu münasibətlə tədbir iştirakçılarını, muxtar respublika əhalisini təbrik edib, sosial-iqtisadi inkişafda əməyi olanlara təşəkkürünü bildirib.

Görüşdəki çıxışında Ali Məclisin Sədri muxtar respublikada sahibkarlığın inkişafını şərtləndirən 6 istiqaməti vurğulayıb. Bunlardan birincisi, muxtar respublikada vergi və gömrük güzəştlərinin, dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqidir. Naxçıvanda dövlət-sahibkar münasibətlərinin düzgün qurulmasının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 89 faizə çatıb.

İkinci istiqamət torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsidir. Bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi kənd təsərrüfatının davamlı inkişafını təmin edib.

Üçüncü istiqamət xidmət sektorudur. Muxtar respublikamızda xidmət sektoru da inkişaf edir. Bu sektorun inkişafı, öz növbəsində, turizmin inkişafına təsir göstərib, müasir turizm sektorunun formalaşması hesabına isə muxtar respublikaya gələn turistlərin sayı artıb.

Dördüncüsü, muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi də yeni fəaliyyətə başlayan sahibkarlıq müəssisələri üçün geniş imkanlar açıb. Muxtar respublikada kreditlər üzrə aşağı faiz dərəcələrinin tətbiq olunması hesabına sahibkarların fəaliyyət dairəsi genişlənib.

Beşinci istiqamət idxaldan asılılığın aradan qaldırılmasıdır. Bu sahədə görülən tədbirlər öz faydasını verməkdədir. Bu yöndə əhəmiyyətli addımlardan biri də ixracın təşviqi ilə bağlı qəbul olunmuş qərarlardır. Bunun nəticəsidir ki, ixracyönümlü məhsul istehsalı getdikcə artır. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən artıq 9 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.

Altıncısı, bu gün muxtar respublikada ən müasir tələblərə cavab verən iri ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarka və festivalların təşkili, satış yerlərində yerli məhsullara üstünlük verilməsi məhsul istehsalçılarının marağını artırıb. Son dövrlərin təhlilləri göstərir ki, tarladan birbaşa satışa prinsipinin dəstəklənməsi ailə təsərrüfatlarının inkişafına və artmasına əhəmiyyətli təsir göstərib. Bütövlükdə, sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını artırıb.

“Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın”, – deyən Ali Məclisin Sədri əlaqədar orqanların qarşısında konkret vəzifələr qoyub.

Tədbirdə Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 11 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb, yerli məhsulların istehsal prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, Naxçıvan məhsullarının xarici bazarlara çıxışı imkanlarının və ixrac potensialının artırılması, məhsulların qablaşdırılmasına və tara istehsalı sahələrinin yaradılmasına diqqət yetirilməsi, sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan “NAZ-Lifan-5028” modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması barədə tapşırıqlar verib.

Bu gün Azərbaycan-İran əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edir. Bu çərçivədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılıqlar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir. Münasibətlərin yüksək səviyyədə olmasını göstərən digər məqam isə qonşu dövlətlər üçün əlamətdar günlərin hər iki ölkədə qeyd olunmasıdır.

Fevralın 12-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 39-cu ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksində Xocalı soyqırımının növbəti - iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.

Bu gün muxtar respublikada bütün sahələrdə böyük uğurlar əldə edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək xal toplayaraq birinci yerə çıxıb. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi hər birimizdə qürur hissi yaradır. Muxtar respublikada uzaqgörənliklə həyata keçirilən abadlıq-quruculuq işləri, möhtəşəm layihələr özünün genişmiqyaslılığı və elmi əsaslandırılması ilə seçilir, əhalinin sosial şəraitini daha da yaxşılaşdırmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb