Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib

Yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış olub

Naxçıvan, 21 may, AZƏRTAC

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “İndiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək”.

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcmini artırıb, ixrac imkanı yaradıb və əhalinin məşğulluğu təmin olunub. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 21-də muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib, yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, yeni innovativ texnologiyaların tətbiqi muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olub. Bu da əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına imkan verir. Ötən dövrdə muxtar respublikada 1228 mülkiyyətçiyə lizinqə verilən 2081 texnikaya görə 9 milyon 764 min manat güzəşt tətbiq edilib, 359 texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 232 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub.

Yaz əkinləri və taxıl biçininə hazırlıq barədə məlumat verən Elşad Əliyev deyib ki, muxtar respublikada tələb olunan toxumlar tədarük edilib, kartof əkinlərinin mütəşəkkil həyata keçirilməsi məqsədilə torpaq mülkiyyətçiləri tərəfindən 2 min ton kartof toxumu, lazım olan miqdarda gübrə və dərman preparatları gömrük rüsumları ödənmədən muxtar respublikaya gətirilib. Yaz aylarında muxtar respublikada 637 hektar sahədə yazlıq arpa, 3 min 240 hektar sahədə kartof, 157 hektar sahədə soğan, 5 min 466 hektar sahədə tərəvəz, 1333 hektar sahədə qarğıdalı, 31 hektar sahədə tütün, 2 min 248 hektar sahədə bostan, 8 min 623 hektar sahədə çoxillik ot olmaqla, ümumilikdə, 22 min 800 hektar sahədə əkin aparılıb. Bu ilin məhsulu üçün muxtar respublika üzrə 36 min 753 hektar sahədə taxıl biçini aparılacaq ki, bunun da 26 min 265 hektarını buğda, 10 min 488 hektarını isə arpa əkinləri təşkil edir. Taxıl biçininin optimal müddətdə başa çatdırılması üçün 102 taxılbiçən kombayn, 602 traktor, eləcə də digər texnika və avtomobillər hazır vəziyyətə gətirilib. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq taxılın alış qiyməti artırılaraq istehsalçılardan buğdanın bir kiloqramı 38, arpanın bir kiloqramı 35, qarğıdalının bir kiloqramı isə 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödəniləcəkdir. Elşad Əliyev kənd təsərrüfatı sahəsində yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı və həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidentinin qayğısı ilə 2019-cu ildə aqrolizinq sahəsində xidmətlərin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər çərçivəsində alınmış yeni kənd təsərrüfatı texnikaları bu gün təqdim olunur. Yeni texnikalar əkin və biçin işlərinin rahat həyata keçirilməsinə imkan verəcək, taxılçılıq, meyvəçilik və tərəvəzçilik sahələrində əl əməyini yüngülləşdirəcək.

Ali Məclisin Sədri deyib: Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər içərisində texnika ilə yanaşı, toxum və su təminatı da mühüm yer tutur. Artıq muxtar respublikada torpaq mülkiyyətçiləri məhsuldar yerli toxumlarla təmin edilir, eyni zamanda, müasir hidrotexniki qurğuların, su anbarlarının tikilməsi yaz və payız suvarma mövsümünün mütəşəkkil keçirilməsinə imkan verir. Bütün bunlar kənd təsərrüfatı sahəsində məşğulluğu təmin etməklə yanaşı, həm də bol məhsul istehsalına və ixrac imkanlarının yaranmasına səbəb olub.

Ali Məclisin Sədri deyib: Dövlətimiz tərəfindən texnikaların verilməsində güzəştlərin tətbiq olunması, yəni texnikanın dəyərinin 20 faizi sahibkar tərəfindən ödənildikdən sonra, onun 40 faizinin dövlət tərəfindən qarşılanması və qalan vəsaitin uzunmüddətli kredit şəklində verilməsi torpaq mülkiyyətçiləri üçün geniş imkanlar açmış, onların istifadəsində olan texnikaların sayı artmışdır. Bu da imkan verəcəkdir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti xidmət göstərən təşkilat kimi fəaliyyətini davam etdirsin. Bu gün muxtar respublikada aqrolizinq xidməti yaxşı təşkil olunub. Sovetlər Birliyi dövründə belə, ölkəmizdə və muxtar respublikada kənd təsərrüfatı texnikaları parkı bugünkü səviyyədə olmayıb. Hazırda muxtar respublikada dünyanın inkişaf etmiş ölkələrinin texnikaları əkin, becərmə və biçin işlərində istifadə olunur. Bütün bunlar kənd təsərrüfatı ilə məşğul olan insanlara göstərilən dövlət qayğısıdır.

Ali Məclisin Sədri yeni texnikaların bu sahədə təcrübəsi olan şəxslərə verilməsi və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Sonra yeni alınmış texnikalara baxış olub.

Bildirilib ki, bu ilin ötən dövründə sahibkarların texnika təminatını düzgün həyata keçirmək üçün onların sifarişləri əsasında 3 milyon 488 min manat dəyərində 222 texnika və texnoloji avadanlıq, o cümlədən bu ilin may ayında “Klass” və “ Sampo” markalı 7 taxılbiçən kombayn, 9 traktor, 2 qarğıdalıbiçən, 20 kipvuran, 1 toxumtəmizləyən, 3 saman doğrayan, 1 kartofəkən, 3 kartofçıxaran, 1 qarğıdalı səpən, 6 ağırdiskli mala, 20 kotan və digər texnikalar alınaraq muxtar respublikaya gətirilib. Alınmış texnikaların 118-i lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”