REGİONLAR


Muxtar respublikadakı soyuducu anbarlara 4 min tondan çox meyvə-tərəvəz tədarük edilib

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Muxtar respublikada fəaliyyət göstərən 26 fiziki və hüquqi şəxsə aid ümumi tutumu 11 min 265 ton olan soyuducu anbarlara bu günə qədər 4081 ton meyvə-tərəvəz, o cümlədən 3967,7 ton kartof, 55,6 ton soğan, 52,8 alma və 5,47 ton kələm tədarük edilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər sırasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə ki, soyuducu anbarlar məhsul tədarükü mövsümündə təzə meyvə-tərəvəzin münasib qiymətlərlə alınıb, payız-qış mövsümündə bazara çıxarılması üçün nəzərdə tutulmuş mühüm infrastruktur obyektləridir. Qiymətlərin əhalinin istehlak qabiliyyətinə uyğun saxlanılması və bazarda keyfiyyətli yerli məhsullara üstünlük verilməsi baxımından da soyuducu anbarlara diqqət böyükdür. Buna görə də hər il muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarlara məhsul tədarük olunması diqqətdə saxlanılıb və satışa çıxarılan məhsulların həcmində də artım olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.