REGİONLAR


Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Naxçıvan, 26 iyun, AZƏRTAC

Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay da uğurla davam etdirilib.

Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 11 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 651 müraciətin 117-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Olduğu yer üzrə qeydiyyatla bağlı ötən ay 534 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 243-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.