REGİONLAR
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir
Naxçıvan, 19 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən müddətdə muxtar respublikada qazla iş rejiminə keçirilmiş 751 qazanxanaya texniki baxış olub, 419 mövsümi işçi qazanxana maşinisti ixtisası üzrə peşə kurslarına cəlb olunaraq sertifikat alıb. Hazırda peşə məktəblərində 99 nəfər ocaqçı-maşinist ixtisası üzrə kurs keçir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə ətraflı danışılıb.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış edərək bildirib ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi üçün 102 ticarət obyektinin sahibkarı və istehlakçılar ilə maarifləndirici söhbətlər aparılıb, onlara bildirişlər təqdim edilib. Təkrar baxış zamanı 16 ticarət obyektində kustar üsulla hazırlanmış qaz başlığının və 23 ədəd təhlükəsizlik qurğusu olmayan mətbəx qaz pilətəsinin satışı dayandırılıb.
“Nazirliyin yаşаyış və qеyri-yаşаyış sаhələrində, avtomobil parkları və tехniki qarajlarında, səfərbərlik ehtiyatı anbarında təmir işləri aparılıb. “MACK” və “MAN” markalı xüsusi təyinatlı avtomobillər kompüter diaqnostikasından keçirilib, yanğınsöndürmə avtomobilləri üçün 17 min litr köpükəmələgətirən maye ehtiyatı yaradılıb, 10 avtomobil şini alınıb. Həmçinin Mülki Müdafiə Alayında 3 aylıq ərzaq, əşya və yanacaq-sürtkü materialları tədarük edilib”, – deyən nazir vurğulayıb ki, cari ilin ötən dövründə yanğın təhlükəsizliyi orqanları tərəfindən 1188 obyektdə əsaslı, 1305 obyektdə nəzəri, 264 obyektdə məqsədli yoxlama keçirilib. Fərdi yaşayış evlərində reydlər zamanı 293 əlavə çəkilmiş elektrik xəttinin, qeyri-standart elektrik qızdırıcısının, 351 şlanqla çəkilmiş qaz xəttinin və qeyri-standart qaz sobasının istismarı dayandırılıb.
Diqqətə çatdırılıb ki, təbii qazdan istifadə zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 335 yaşayış binasının qaz xətlərinə baxış keçirilib, 183 yaşayış binasının qaztənzimləyici qurğularında, 115 yaşayış binasının pilləkən qəfəslərində və qaz sayğaclarında qaz sızmalarının qarşısı alınıb. Qışa hazırlıqla bağlı Naxçıvan şəhərində ictimai yaşayış binalarının zirzəmilərində yoxlama-nəzarət funksiyaları həyata keçirilir. Aparılan tədbirlər nəticəsində muxtar respublikada yanğınlаrın sаyı ötən illə müqаyisədə 60 faiz azalıb, dəm qazından ölüm halları qeydə alınmayıb.
Sonra məruzə ətrafında çıxışlar olub.