REGİONLAR


Muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 20,8 faiz artıb

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 185 milyon 801 min manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 20,8 faiz çoxdur.

Verilmiş kreditlərin 19 milyon 803 min 900 manatı və yaxud 10,7 faizi qısamüddətli, 165 milyon 997 min 100 manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.