REGİONLAR


Muxtar respublikanın milli-mənəvi dəyərləri və turizm potensialı qonaqlarda zəngin təəssürat yaradıb

Naxçıvan, 4 oktyabr, AZƏRTAC

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar muxtar respublikaya gələn xarici və yerli şahmatçılar, şahmat həvəskarları Heydər Əliyev Sarayında təşkil edilən məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışla əyani tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, çeşid bolluğu və rəngarəngliyi ilə fərqlənən sərgi-satış qonaqlarda milli dəyərlərimiz, adət-ənənələrimizlə bağlı zəngin təəssürat yaradıb.

Məlumat verilib ki, sərgi-satışa 442 şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Muxtar respublikada xüsusi istedadları ilə seçilən, xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan qadınların məşğulluğunun təmin edilməsi, rifah hallarının yüksəldilməsi məqsədilə belə tədbirlərin təşkili artıq ənənə halını alıb.

“Saat Meydanı” turistik istirahət mərkəzinə gələn qonaqlara bildirilib ki, müasir formada qurulan mərkəzdə gənclərin asudə vaxtları səmərəli təşkil olunur, müxtəlif səpkili tədbirlər, yerli və xarici estrada ulduzlarının konsert proqramları keçirilir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir. Kinoteatrda “CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunur, buradakı oteldə turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Saat qülləsində isə xidmət sahələri yaradılıb, kafe və mütaliə zalı istifadəyə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.