REGİONLAR


Muxtar respublikanın paytaxtına və bölgələrinə qar yağıb

Naxçıvan, 25 mart, AZƏRTAC 

Martın 25-də Naxçıvan şəhərinə qar yağıb. Muxtar respublikanın dağ kəndlərinə martın 24-də axşam saatlarından yağan qar daha intensiv olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda muxtar respublikanın ərazisində yağıntılı hava şəraiti hökm sürür.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin baş mütəxəssisi Əli Cahangirovun verdiyi məlumata görə, muxtar respublika ərazisində qarlı hava martın 27-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.