Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikanın təhlükəsizlik orqanları qayğı ilə əhatə olunub

Naxçıvan, 28 mart, AZƏRTAC

1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Vətənimizin qarşılaşdığı daxili və xarici təhlükələri nəzərə alaraq 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsini yaradıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalı burada milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirərək ərazi orqanlarının yaradılması səylərini yarımçıq qoyub.

AZƏRTAC-ın Naxçıvan bürosu Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı əsasında hazırlanmış materialı təqdim edir.

Təhlükəsizlik orqanlarının inkişafı Ulu Öndərimizin adı ilə bağlıdır

Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramının rəsmi şəkildə qeyd olunması, zəngin və şərəfli ömür yolu təhlükəsizlik orqanları ilə sıx bağlı olmuş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin imzaladığı 1997-ci il 23 mart tarixli “Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı ilə hər il martın 28-i ölkəmizdə təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasında təhlükəsizlik orqanlarının inkişafında, bu sahədə fəaliyyətin xalqımızın milli maraqlarına uyğun qurulmasında ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri var. “Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz”, - deyən Ulu Öndərimizin ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı kimi qəbul olunur. Böyük şəxsiyyətin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində kadr potensialının formalaşdırılması, təhlükəsizliyin təminatında xalqımızın milli maraqlarının ön plana çəkilməsi və qorunması məqsədilə mühüm tədbirlər həyata keçirilib. Ulu Öndər xalqımızın mənafelərini, milli-mədəni irsini, milli dəyərlərini sovet rejiminin amansız təhdidlərindən qorumaq naminə böyük iradə və dəyanət nümayiş etdirib.

Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən hərc-mərclik, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması, separatçılıq meyillərinin güclənməsi, digər tərəfdən Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və o dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında siyasi, sosial-iqtisadi, hərbi sahələrdə yaşanan böhran vəziyyəti daha da ağırlaşdırmışdı. Bu dövrdə ulu öndər Heydər Əliyevin öz doğma yurdu Naxçıvana qayıtması və siyasi fəaliyyətə başlaması xalqın itən inamını özünə qaytardı. Həmin dövrdə Ermənistan tərəfdən işğal təhlükəsi ilə üzləşən, blokadaya alınan muxtar respublikanın siyasi-iqtisadi tənəzzüldən çıxarılması, hərbi təhdidlərdən xilas olması yalnız Ulu Öndərin həyata keçirdiyi çevik və uğurlu siyasət nəticəsində mümkün oldu. İctimai-siyasi sabitlik təmin olunduqdan sonra dahi öndərin rəhbərliyi altında Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri işlənib hazırlandı, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran vəzifələr müəyyənləşdirildi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətləri qurması yönümündə addımlar atıldı.

Ulu Öndərin siyasi xətti dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir, ölkəmiz yeni-yeni nailiyyətlər qazanır

Ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və prinsipial daxili və xarici siyasət sayəsində bu gün davamlı inkişafda olan Azərbaycan bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində öz layiqli yerini tutub.

Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb. Naxçıvan Muxtar Respublikasında da idarəetmə strukturu təkmilləşdirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyətini günün tələbləri səviyyəsində qurub

Dövlət quruculuğu prosesində yaxından iştirak edən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni mühitinin inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə işin səmərəli təşkilində, ən başlıcası vətəndaşların təhlükəsizliyinin təmin olunmasında digər dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu gün təhlükəsizlik xidməti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifə kimi qoyduğu ümumprofilaktik tədbirlərin keçirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar tərəfindən gənc nəslin milli və əxlaqi dəyərlərə, adət-ənənələrimizə, dövlətçiliyimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparılır, onlara ölkə vətəndaşlarını şirnikləndirici, aldadıcı vədlərlə qanunazidd və cinayətkar əməllərə sövq etməyə çalışan ayrı-ayrı təşkilatlar, eləcə də son dövrlər beynəlxalq aləmi təhdid edən radikal, qeyri-ənənəvi dini qruplaşmalar və onların pozuculuq fəaliyyətləri barədə ətraflı məlumatlar verilir.

Bu gün milli maraq və təhlükəsizliyin müasir səviyyədə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ötən dövrdə xidmətin maddi-texniki bazası davamlı olaraq gücləndirilib, xidmətin Culfa Rayon İdarəsi və Babək Rayon Şöbəsinin inzibati və yaşayış binaları əsaslı təmir olunaraq yenidən qurulub, Xüsusi Təyinatlı Şöbənin inzibati binası və Təlim Mərkəzi istifadəyə verilib, xidməti fəaliyyətin günün tələblərinə uyğunlaşdırılması məqsədilə islahatlar aparılıb, əməkdaşların maddi-sosial vəziyyətinin yüksəldilməsi, peşəkarlıqlarının artırılması istiqamətində zəruri addımlar atılıb.

Dövlət Təhlükəsizliyi Xidməti müasir texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib və bunun nəticəsi olaraq əməkdaşlar dövlət mükafatlarına, müxtəlif medal və təltiflərə layiq görülüblər. Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir”.

Muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidməti müasir texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin “Təhlükəsizlik оrqanlаrındа müasir tələblərə cavab verən, yüksək professional səviyyədə olan kadr korpusu hazırlanmalıdır” fikirləri əsas götürülərək təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə vətənpərvər, yüksək mədəniyyətə, geniş dünyagörüşünə malik, müvafiq psixoloji və fiziki hazırlıqlı, dövlətçiliyə sədaqətli gənclər qəbul olunur, xidmət dövründə gənc əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması, əqli və fiziki potensiallarından səmərəli istifadə olunması istiqamətində nəzəri və əməli köməkliklər göstərilir.

Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazdı. Təhlükəsizlik orqanları da bu şanlı vəzifənin yerinə yetirilməsində qətiyyət nümayiş etdirərək, üzərinə qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdi.

Qarşıya qoyulan vəzifələr uğurla icra olunur

2019-cu il iyulun 9-da “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Аli Məclisinin Sədri Vasif Talıbov kəşfiyyat və əks-kəşfiyyat sahəsində işin düzgün təşkilinin birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verdiyini bildirib, muxtar respublikanın təhlükəsizlik orqanlarının qarşısında müvafiq vəzifələr qoyub və xüsusi xidmət orqanlarının vacib vəzifəsinin dövlətin möhkəmləndirilməsinə, müdafiə potensialının yüksəlməsinə, sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət etməkdən ibarət olduğunu qeyd edib. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ötən dövrdə dövlət siyasətinin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında uğurlu fəaliyyət göstərib, dövlətimizin milli mənafelərinin qorunmasını təmin edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında vurğulanıb ki, xidmətin şəxsi heyəti dövlətə və xalqa şərəfli xidmət missiyasını bundan sonra da layiqincə davam etdirəcək, müstəqilliyimizin, təhlükəsizliyimizin və mövcud sabitliyin qorunması istiqamətində bütün qüvvə və səyini səfərbər edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır”.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY