REGİONLAR


Muxtar respublikanın tibb müəssisələrində qanvermə aksiyaları keçirilib

Naxçıvan, 28 may, AZƏRTAC

Muxtar respublikanın şəhər və rayon tibb müəssisələrində 28 May - Müstəqillik Günü ilə əlaqədar qanvermə aksiyaları təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi və Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiya çərçivəsində 60 nəfərdən 30 litr qan götürülüb. Bundan başqa, humanitar tibbi aksiya çərçivəsində 142 nəfər terapevtik müayinədən keçirilib, 30 uşaqda və 1 nəfərdə kiçik cərrahi əməliyyatı aparılıb.

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında da qanvermə aksiyası təşkil olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Şahbuz Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən terapevt, hematoloq və laborator müayinələr aparılıb, 50 nəfərdən 25 litr qan götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.